Xəbər verdiyimiz kimi, Misir Cümail oğlu Mərdanov "Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Misir Mərdanov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə "Şərəf” ordeni ilə təltif olunub.
Təltiflə bağlı AZXEBER.COM-a açıqlama verən Misir Mərdanov xəbəri sevinc hissi ilə qarşıladığını bildirib.
"Çox xoş xəbər oldu. Cənab Prezidentə təşəkkür edirəm. Sevinirəm”, – deyə o qeyd edib.
Günel Hüseynli











































