Misirdə kütləvi etiraz aksiyaları bərpa olunub

Bütün Xəbərlər
11:21 29.01.2011
1702
ksiya iştirakçıları hökumətin istefası ilə kifayətlənməyəcəklərini bildiriblər.

“Biz təkcə hökumətin və ya təkcə Hüsnü Mübarəkin istefaya göndərilməsini istəmirik. Biz bütün köhnə rejimin getməsini istəyirik” - deyə aksiya iştirakçılarından biri qeyd edib.

Hazırda nümayişçilərin əsas şüarı prezident Hüsnü Mübarəkin istefaya getməsidir. Bu gün bir neçə yüz nəfərin küçəyə çıxması ilə bərpa olunan aksiyalara qoşulanların sayı getdikcə artır.

Qeyd edək ki, ötən gün nümayişçilərlə polis arasında baş verən toqquşmalarda ən azı 24 nəfər həlak olub, 1100 nəfər yaralanıb. 30 ildir hakimiyyətdə olan prezident Hüsnü Mübarək televiziya ilə xalqa müraciətində dinc nümayişçilərə qarşı güc işlətməmək barədə göstərişini yerinə yetirmədiyinə görə Misir hökumətini istefaya göndərdiyini bəyan edib. H.Mübarək xalqın iradəsinə, nümayiş keçirmək hüququna hörmətlə yanaşdığını, lakin bəzi hallarda nümayişçilərin qanuni hədləri aşdıqlarını bildirib. Onun sözlərinə görə, Misir xalqının arzu etdiyi gələcəyi zorakılıq və anarxiyanın köməyi ilə qurmaq olmaz. Eyni zamanda o, yaxın vaxtlarda ölkədə demokratikləşmə, həyat səviyyəsinin yaxşılaşdırılması, sosial xidmətlər və işsizliklə mübarizə sahəsində yeni addımlar atılacağına söz verib.

 

OXŞAR XƏBƏRLƏR