Modi Hindistan üçün tarixi ilkdən danışdı

Modi Hindistan üçün tarixi ilkdən danışdı
DÜNYA
03:13 09.11.2026
78
Hindistanın Baş naziri Narendra Modi ölkə tarixində ilk dəfə bütün ştat və rayonların maoçu silahlılardan təmizləndiyini bəyan edib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, Modi bu barədə hindu bayramı Divali münasibətilə çıxışında bildirib.

"2026-cı ildə Divali həqiqətən də xüsusi əhəmiyyət daşıyır! Bu, ölkəmizin onilliklər boyu davam edən maoçu terrorizmlə mübarizədə qələbə qazanmasından sonra qeyd olunan ilk Divalidir. Bu, ölkənin bütün rayonlarının azad olduğu ilk Divalidir!", - deyə Modi vurğulayıb.

Qeyd edək ki, maoçu silahlı qruplaşmalar 1967-ci ildən etibarən Mərkəzi və Şərqi Hindistanın bir sıra ştatlarında fəallıq göstəriblər. Onlar əsasən meşəlik ərazilərdə gizlənib, yaşayış məntəqələrinə hücum edib, təxribatlar və terror aktları törədiblər.
OXŞAR XƏBƏRLƏR