Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Vinçentso Montella ilə yollarını ayıracaq.
Bbu barədə "Milliyet” nəşri məlumat yayıb.
İtaliyalı mütəxəssisin aylıq maaşı 183 min avrodur. Federasiya ona 5 aylıq maaşını təzminat olaraq ödəyəcək. Ayrılığın yaxın vaxtlarda rəsmən açıqlanacağı bildirilir.
Qeyd edək ki, Vinçentso Montella 2023-cü ilin sentyabrında Türkiyə yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub. "Ay-ulduzlular” UEFA Millətlər Liqasında keçirdiyi 4 oyunun hamısında (Fransa - 0:1, İtaliya - 1:4, 1:3, Belçika - 0:3) uduzub.
///qafqazinfo///











































