Moskva polisi miqrantlara qarşı əməliyyat keçirib, saxlanılanlar arasında azərbaycanlılar da var

Moskva polisi miqrantlara qarşı əməliyyat keçirib, saxlanılanlar arasında azərbaycanlılar da var
Bütün Xəbərlər
11:36 20.11.2013
1106
Lyublinodakı “Moskva” ticarət mərkəzində aparılan reydlər nəticəsində mindən artıq miqrant saxlanılaraq polis bölmələrinə aparılıb.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, Rusiya DİN-dən bildirilib ki, miqrantların əvvəllər törədilmiş cinayətlərə aidiyyətinin olub-olmadığı, eləcə də Rusiya ərazisində olmalarının qanuniliyi yoxlanacaq.

Yoxlama nəticəsində qeyri-leqal 100 miqrant müəyyən edilib ki, onların arasında azərbaycanlılar da var.

OXŞAR XƏBƏRLƏR