Qətl hadisəsi ilə bağlı İstintaq idarəsində cinayət işi açılıb
Rusida müəllimə öldürülüb. Rusiyanın paytaxtı Moskva şəhərinin “Yeni Moskva” bölgəsində öldürülən müəllimənin meyiti aşkar edilib.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Vatutinki kəndində tapılan 49 yaşlı qadının boğazı kəsilibmiş. Moskva şəhər İstintaq idarəsinin rəsmi nümayəndəsi Viktoriya Çıplenkova bildirib ki, qətl hadisəsi ilə bağlı İstintaq idarəsində “adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.Xatırladaq ki, müstəntiqlər və kriminalistlər hazırda hadisə yerində iş aparır.