Moskvada 'Heydər Əliyev. Naməlum fotoşəkillər' fotosərgisi açıldı - FOTOLAR

Moskvada
Bütün Xəbərlər
09:26 12.12.2012
1159
Moskvadakı “Ukrayna” mehmanxanasının konfrans zalında “Heydər Əliyev. Naməlum fotoşəkillər” adlı fotosərgi açılıb. Fotosərgi görkəmli siyasi və ictimai xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilib.Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil edilmiş sərgidə görkəmli siyasətçinin həyatının Moskva dövrü ilə bağlı fotoşəkillər nümayiş etdirilir.Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu sərgini açaraq bu görkəmli dövlət xadiminin sovet tarixində rolu barədə məlumat verib. Onun sözlərinə görə, 1984-cü ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinın sədrinin birinci müavini və Nazirlər Sovetinin Baykal-Amur Magistralının (BAM) tikintisi üzrə komissiyasının rəhbəri olan Heydər Əliyev BAM tikintisinin yekun mərhələsi çərçivəsində işləri yoxlamalı olan hökumət nümayəndə heyətinə başçılıq edib. “İrkutskda çıxan “Vostoçno-Sibirskaya pravda” qəzetinin fotomüxbiri Valeri Karasev bu nümayəndə heyətini Ust-Kutdan başlamış Sakit okeana qədər bütün yol boyu müşayiət edib, Heydər Əliyevin BAM qəhrəmanları və yerli rəhbərlərlə görüşlərini əks etdirən fotoşəkillər çəkib. V.Karasev həmin səfər zamanı çəkilmiş 1600-dən çox fotoşəkli qayğı ilə qoruyub saxlayıb və bu yaxınlarda bütün bu zəngin materialı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə təqdim edib. Bizim ümumi tariximizin və görkəmli siyasi xadimin həmin tarixə böyük töhfəsinin sənədli sübutu olan bu unikal fotoşəkillərin bir qismi ilk dəfə bu gün burada nümayiş etdirilir. Bu nadir fotoşəkillərin hamısı Heydər Əliyev Fonduna hədiyyə ediləcək”. - Polad Bülbüloğlu deyib.“İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru, vaxtilə Heydər Əliyevin təhlükəsizlik xidmətinin rəhbəri olmuş Aleksandr İvanov böyük siyasi xadimin bir neçə il işlədiyi Moskvada onun xatirəsinə həsr edilmiş fotosərgi təşkil edilməsini əlamətdar hadisə adlandırıb. A.İvanov nəinki Azərbaycan tarixində, həm də bütövlükdə sovet dövrünün tarixində dərin iz qoymuş bu nadir insan haqqında xatirələrini bölüşüb.Fotoşəkillərin müəllifi V.Karasev görkəmli siyasətçi Heydər Əliyevin həyatının bu dövrünü əks etdirən fotosərginin təşkilatçılarına təşəkkürünü bildirib. Həmin fotoşəkilləri qayğı ilə qoruyub saxladığını qeyd edən V.Karasev ona belə böyük bir şəxsiyyətlə işləmək nəsib olduğuna görə məmnun olduğunu bildirmişdir. “Mən gələcəkdə Heydər Əliyev Fondunda layiqli yer tutacaq bu fotoşəkilləri böyük məmnuniyyətlə Azərbaycan səfirliyinə təqdim etmişəm”, - Fotoqraf deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
19:39 26.08.2025
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
19:27 26.08.2025
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
19:14 26.08.2025
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır