Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar
KRİMİNAL
16:41 25.08.2026
158
Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 2000 manat dəyərində motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
 
AZXEBER.COM  xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən N.Əliyev saxlanılıb.

Paytaxtın Səbail rayonu ərazisində də talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək içərisində nağd pul, bank kartları və şəxsi sənədləri olan çantasının oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən Ə.Əliyev də saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR