BAKU AZƏRBAYCAN
6°C
euro 1.8398
dollar 1.7000
rubl 0.0224
lirə 0.2510

İmamverdi İsmayılovun dairəsində nəticəsi ləğv olunan məntəqələrin sayı artdı

İmamverdi İsmayılovun dairəsində nəticəsi ləğv olunan məntəqələrin sayı artdı
SOSİAL
17:04 24.02.2020
2240
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd Anar Əsədlinin müraciətinə baxılıb.

"Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, dairə üzrə nəticələrin ləğv edilməsini qeyd edib:

"Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb. Ərizəçi dairə üzrə 1-59-a qədər olan pozuntularla bağlı mülahizələrini qeyd edib. Şikayətçi tərəfindən təqdim olunan iki protokolla rəsmi protokollar arasında ciddi fərq aşkar edilib. MSK-da araşdırma zamanı dairə üzrə iki seçki məntəqəsində pozuntu aşkar edilib”.

MSK sədri Məzahir Pənahov çıxışında qeyd edib ki, seçki dairəsi protokolları nəzərə almadığına görə cəzalandırılmalıdır.

İclasda iştirak edən namizəd Anar Əsədli çıxışında bildirib ki, MSK-ya dairə üzrə 31 məntəqəni əhatə edən 109 videofakt təqdim edilib:

"Məntəqə sədrləri protokol verməkdən imtina ediblər. Biz bununla bağlı görüntüləri sizə təqdim etmişik. Məntəqə sədrləri tərəfindən dairəyə protokolları möhürsüz, ağzı açıq şəkildə kisələrdə gətiriblər. Biz ümumilikdə 8 məntəqədən protokol əldə edə bilmişik, digərlərindən isə bizə protokol təqdim edilməyib. Bununla bağlı MSK-nın "Qaynar xətti”nə də müraciət etmişik.

İclasda daha sonra həmin dairənin 2 seçki (48 və 50 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin lider namizədi İmamverdi İsmayılovdur.

OXŞAR XƏBƏRLƏR