MTN-də saxlanılan erməni kəşfiyyatçısı Azərbaycan vətəndaşı olmaq istəyir

MTN-də saxlanılan erməni kəşfiyyatçısı Azərbaycan vətəndaşı olmaq istəyir
Bütün Xəbərlər
16:24 10.02.2015
1260
“Mən Azərbaycan vətəndaşı olmaq istəyirəm. Bunun üçün Azərbaycan pasportu da almaq istəyirəm. Ermənistanda hərbçilərə vaxtı keçmiş, keyfiyyətsiz ərzaqlardan olan yeməklər verirlər. Acından ölürdük”.
Bu sözləri AZXEBER.COM-a hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan erməni kəşfiyyatçısı Arsen Baqdasaryan Eduardoviç ilə görüşən Azərbaycan İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov deyib.
1994-cü il təvəllüdlü Xankəndindən olan erməni kəşfiyyatçısı Ağdam istiqamətində Azərbaycan sərhəddini keçməyə cəhd edən diversiya təxribat qrupu tərkibində 
2014-cü il dekabrın 16-da həbs olunub. O, Cinayət Məcəlləsinin 218, 120-ci maddələri ilə ittiham olunur.
Komitə sədri bildirib ki, A.Baqdasaryan görüş zamanı istintaq təcridxanasındakı saxlanma şəraiti və ona olan münasibətdən şikayət etməyib.
Orxan
OXŞAR XƏBƏRLƏR