Müdafiə Nazirliyində xüsusi toplantı keçirildi

Müdafiə Nazirliyində xüsusi toplantı keçirildi
Bütün Xəbərlər
13:52 11.01.2014
1126
Yanvarın 10-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib.

AZXEBER.COM Nazirliyin saytına istinadən xəbər verir ki, toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib. Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.

Toplantı Azərbaycan Respublikasının prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə keçirilib.

OXŞAR XƏBƏRLƏR