Müəllim dərsdə şagirdlərin ağızlarını “skoç”layıb? - AÇIQLAMA - VİDEO

Müəllim dərsdə şagirdlərin ağızlarını “skoç”layıb? - AÇIQLAMA - VİDEO
SOSİAL
14:18 21.12.2024
361
Bakının Nərimanov rayonunda 178 nömrəli tam orta məktəbin 3A sinfinin rəhbəri Xatirə Rüstəmovanın şagirdlərin ağızlarını "skoç”la bağlaması barədə iddialar yayılıb. 

Bu barədə Baku TV-yə valideynlər müraciət ediblər. Onlar, həmçinin uşaqlarının müəllim tərəfindən alçaldıldığını və döyüldüklərini bildirib.

Sözügedən müəllim baş vermiş hadisə ilə bağlı "Qafqazinfo”ya açıqlama verərək bunun bir oyun olduğunu, dərs vaxtı belə oyunlardan çox istifadə etdiyini açıqlayıb. X. Rüstəmova qeyd edib ki, bəzən dərs prosesində şagirdlərinə biliyi və intizamı əyləncəli oyunlar vasitəsilə öyrətməyə çalışır: "Hər zaman bunun müsbət nəticələrini görmüşəm. Çünki öyrənmək bəzən çətin ola bilər, bunu əyləncəli şəkildə həyata keçirdiyimiz zaman isə daha asan və maraqlı olur. Bəzən dərs zamanı uşaqlar bir-birinə mane olmasın, köçürülmə halları yaşanmasın deyə, el arasında "qaradinməz” adlanan oyundan da istifadə edirəm. Bu oyunun uşaqların iradəsini necə möhkəmləndirdiyinin şahidi olmuşam.

Bir neçə gün əvvəl "Rəqəmsal bacarıqlar” dərsi zamanı kiçik summativ qiymətləndirmə (KSQ) yazarkən uşaqların səs-küy salmadan bütün fikirlərini dərsə yönəltmələrini təmin etmək məqsədilə bu oyundan istifadə etdim. Oyunun qaydalarına görə, səs salaraq sinif yoldaşlarına mane olan, qaydalara əməl etməyən şagirdlərin çənə nahiyəsinə rəmzi olaraq rəngli yapışqan kağız yapışdırılır. Burada əsas məqsəd şagirdlərin səs salaraq bir-birinə mane olmaması, sakitliyə riayət etməsi və uşaqların fikrinin dərsə yönəldilməsidir. Bu cür əyləncəli oyunlar uşaqlarda maraq yaratmaqla, həm də onlara dərsi daha diqqətlə dinləmələrini, oyunun qalibi olmaq üçün səbirli və iradəli olmağı öyrədir. Bu, uşaqların əylənərək dərs çalışmalarına imkan yaradır”.

Müəllim deyir ki, şagirdlərlə keçirdiyi bu oyun ilkin olaraq bəzi valideynlər tərəfindən yanlış anlaşılsa da, keçirilmiş görüşdə məsələ aydınlaşdırılıb.

Daha ətraflı videomaterialda:
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
16:01 02.11.2026
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
16:00 02.11.2026
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
15:57 02.11.2026
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
15:31 02.11.2026
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
15:28 02.11.2026
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
15:17 02.11.2026
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
15:13 02.11.2026
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək