Musa Qurbanlı: “Atam mənim üçün nümunədir”

Musa Qurbanlı: “Atam mənim üçün nümunədir”
İDMAN
14:37 11.08.2023
436
"Atam mənim üçün nümunədir”.

Bunu İsveçin "Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı "expressen.se” saytına müsahibəsində atası Qurban Qurbanov barədə danışarkən deyib.

21 yaşlı hücumçu 15 ildir "Qarabağ”a rəhbərlik edən atasının Azərbaycanda çox sevildiyini bildirib: 

"Atam təkcə mənim üçün deyil, ölkəmizdəki digər gənc futbolçular üçün də örnəkdir. Təkcə futbol uğurlarına görə yox, həm də şəxsiyyətinə, xarakterinə görə. O, ölkəmiz və futbolumuz üçün çox şey edib. Uşaqlıqdan mənə hər şeyi öyrədib. Atam mənim üçün, demək olar ki, hər şey deməkdir”.

Azərbaycan millisinin üzvü "Yurqorden”in baş məşqçiləri Kim Berqstrand və Tomas Laqerlöfün haqqında da müsbət fikirlər səsləndirib: 

"Cəmi bir aydır burada olmağıma baxmayaraq, deyə bilərəm ki, yaxşı məşqçilər korpusumuz var, onların fəlsəfəsini bəyənirəm. Topun bizdə qalmasını və hücumların kəsərini artırmağımızı istəyirlər, yüksək təzyiq göstərirlər. Mən də belə futbol oynamağı xoşlayıram”.
M.Qurbanlı yay fasiləsində "Qarabağ”ı Stokholm klubuna dəyişməsinin səbəbini də izah edib: 

"Gənc futbolçuyam, peşəkar karyerama yeni başlamışam. Yayda böyük liqalarda oynayan komandalar mənimlə maraqlanırdılar. Amma hiss etdim ki, ilk addımı atmaq baxımından "Yurqorden” daha yaxşıdır. Avropaya uyğunlaşmalı və daha çox təcrübə toplamalıyam”.

O, Azərbaycan və İsveç çempionatlarını da müqayisə edib: 

"İsveç çempionatı kifayət qədər güclüdür. Əvvəllər "Qarabağ”da oynamışam, yaxşı komandadır. Amma çempionat olaraq İsveç Allsvenskanı Azərbaycan Premyer Liqasından güclüdür. Bütün matçlar çətin keçir. Turnir cədvəlinin aşağı pillələrindəki komandalar da favoritlərə qarşı uğurlu çıxış edirlər”.

Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm "Yurqorden"in heyətində dörd oyun keçirsə də, hələ qol hesabını aça bilməyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
22:19 05.10.2026
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
22:12 05.10.2026
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
22:07 05.10.2026
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
21:54 05.10.2026
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
21:51 05.10.2026
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
21:47 05.10.2026
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
21:41 05.10.2026
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
21:37 05.10.2026
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır