Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti

Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
MEDIA
19:50 20.11.2026
80
Azərbaycan Respublikası Media və Yayım Şurası tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib. Yeni qaydalara əsasən, onlayn media subyektlərinin qiymətləndirilməsində saytların oxunma göstəriciləri, sosial şəbəkələrdəki aktivliyi və texniki vəziyyəti də nəzərə alınacaq. Fərdi jurnalistlərin müsabiqələrində isə şəxsi sosial şəbəkə hesablarında yayımlanan materialların auditoriya ilə qarşılıqlı əlaqəsi qiymətləndiriləcək. Mətbuat Şurası İdarə Heyətinin üzvü, qurumun Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərlinin mövzu ilə bağlı açıqlaması: 

"Hesab edirəm ki, onlayn media subyektlərinin qiymətləndirilməsində sosial şəbəkə göstəricilərinin ayrıca meyar kimi nəzərə alınması müasir media reallıqlarına uyğun, müsbət və perspektivli yanaşmadır. Çünki bu gün jurnalistika yalnız ənənəvi media platformaları ilə məhdudlaşmır. İnformasiya istehlakının böyük bir hissəsi sosial şəbəkələr üzərindən həyata keçirilir və media qurumlarının bu platformalarda təmsil olunmaları artıq zərurətə çevrilib.

Bu qərar, ilk növbədə, peşəkar jurnalistlərin sosial mediada daha da aktivləşməsinə stimul verəcək. Eyni zamanda, peşəkar media subyektlərinin sosial şəbəkələrə inteqrasiyasını sürətləndirəcək, onların daha geniş auditoriyaya çıxış imkanlarını artıracaq. Düşünürəm ki, bu yanaşma jurnalistləri yalnız xəbər hazırlamağa deyil, həm də hazırladıqları keyfiyyətli məzmunu müasir rəqəmsal platformalar vasitəsilə cəmiyyətə daha effektiv çatdırmağa təşviq edəcək.

Digər mühüm məqam isə sosial media məkanında peşəkarlığın güclənməsidir. Peşəkar jurnalistlərin və etibarlı media qurumlarının sosial şəbəkələrdə fəallığının artması qeyri-peşəkar, qeyri-etik və məsuliyyətsiz informasiya yayımının təsirinin azalmasına, ictimaiyyətin daha etibarlı informasiya mənbələrinə yönəlməsinə şərait yarada bilər.

Xüsusilə vurğulamaq istəyirəm ki, burada söhbət ənənəvi jurnalistikanın sosial media ilə əvəzlənməsindən deyil, peşəkar jurnalistikanın rəqəmsal mühitdə daha güclü mövqeyə sahib olmasından gedir. Müasir dövrdə keyfiyyətli jurnalistika auditoriyanın olduğu hər platformada təmsil olunmalıdır. Bu baxımdan, yeni qiymətləndirmə mexanizmini Azərbaycan mediasının rəqəmsal transformasiyası, rəqabət qabiliyyətinin artırılması və peşəkar jurnalistikanın sosial şəbəkələrdə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addım hesab edirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
20:05 20.11.2026
15 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib
Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” - VİDEO
19:58 20.11.2026
Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” - VİDEO
Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
19:50 20.11.2026
Müsabiqələr üçün yeni qaydalar - Mətbuat Şurasının komissiya sədrinin münasibəti
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
19:32 20.11.2026
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Boris Pistorius: Avropa ölkələri Moskvanın dialoq dəvətini qəbul etməlidir
19:11 20.11.2026
Boris Pistorius: Avropa ölkələri Moskvanın dialoq dəvətini qəbul etməlidir
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
19:00 20.11.2026
Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
Ermənistan Rusiyaya yeni səfir təyin edib
18:48 20.11.2026
Ermənistan Rusiyaya yeni səfir təyin edib
Ağdamın dirçəlişi: Xarabalıqlar üzərində qurulan yeni şəhər
18:38 20.11.2026
Ağdamın dirçəlişi: Xarabalıqlar üzərində qurulan yeni şəhər
Polşa NATO-dan əlavə qüvvələr istəmək niyyətindədir
18:37 20.11.2026
Polşa NATO-dan əlavə qüvvələr istəmək niyyətindədir
"Real" Tibo Kurtuanın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb
18:21 20.11.2026
"Real" Tibo Kurtuanın müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi 6 ay müddətinə bağlayır
18:10 20.11.2026
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi 6 ay müddətinə bağlayır
"Gənclər və Biznes Sektorlarının Əməkdaşlıq Forumu" keçiriləcək
17:58 20.11.2026
"Gənclər və Biznes Sektorlarının Əməkdaşlıq Forumu" keçiriləcək
“Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək”
17:41 20.11.2026
“Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək”
“Təhsil sisteminin ən problemli pillələrindən biri kolleclərdir”  – AÇIQLAMA
17:32 20.11.2026
“Təhsil sisteminin ən problemli pillələrindən biri kolleclərdir” – AÇIQLAMA
Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq
17:28 20.11.2026
Bakıda söküntülər başlayır: həyət evləri və torpaq bahalaşacaq
"AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir"- DEPUTAT - VİDEO
17:15 20.11.2026
"AAYDA-nın sədri deputatın zənglərinə cavab vermir"- DEPUTAT - VİDEO