Musiala sağalmaz xəstəliyə tutulub: Karyerasını bitirəcək?

Musiala sağalmaz xəstəliyə tutulub: Karyerasını bitirəcək?
İDMAN
09:41 10.11.2026
105
"Bavariya"nın fəxri prezidenti Uli Höness komandanın yarımmüdafiəçisi Camal Musialanın səhhəti ilə bağlı narahatlığını ifadə edib.

O, bu barədə Almaniyanın BR telekanalının "Sonntags-Stammtisch" proqramında danışıb.

Höness bildirib ki, 23 yaşlı futbolçunun xəstəliyini tam müalicə etmək mümkün deyil, lakin dərman vasitəsilə müəyyən qədər nəzarətdə saxlamaq mümkündür.

"Biz onunla bağlı çətin vəziyyətdəyik. Musialanın elə bir xəstəliyi var ki, onu asanlıqla müalicə etmək mümkün deyil. Müvafiq tədbirlər və dərmanlarla müəyyən qədər nəzarətdə saxlamaq olar. Ancaq onun əvvəlki oyun səviyyəsinə qayıdıb-qayıda bilməyəcəyi sual altındadır", - deyə klub rəsmisi bildirib.

Höness futbolçunun müqaviləsi ilə bağlı məsələyə də toxunub. O, Musialanın hazırkı performansının razılaşma sənədində nəzərdə tutulan səviyyəyə uyğun gəlmədiyi əsas gətirilərək klubun müqaviləni müzakirəyə çıxarması ehtimalını misal çəkib. Bununla belə, fəxri prezident belə bir vəziyyətdə klubun futbolçusuna dəstək verməli olduğunu vurğulayıb.

Qeyd edək ki, Musiala avqust ayında "Bavariya"nın yoxlama oyunlarında iki dəfə huşunu itirib. Daha sonra futbolçu özündə nevroloji disfunksiya ilə əlaqəli müvəqqəti absans tutmaları aşkarlandığını açıqlamışdı. Onun sözlərinə görə, bu vəziyyət sağlamlığı üçün əlavə risk yaratmır və karyerasını davam etdirmək niyyətindədir.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR