Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür

Mütəxəssislərdən xəbərdarlıq: Kaliforniyada dağıdıcı zəlzələnin əlamətləri görünür
DÜNYA
13:20 19.06.2026
404
ABŞ və Avropadan olan tədqiqatçıların hazırladığı yeni kompüter modeli Kaliforniyanın ən təhlükəli zəlzələ zonalarında tektonik təzyiqin qeyri-adi dərəcədə yüksək olduğunu ortaya çıxarıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, alimlər bölgədəki fay seqmentlərində stress səviyyəsinin son min ilin ən yüksək göstəricilərinə çatdığını və ya onları keçdiyini bildiriblər.

İsveçrənin University of Bern universitetinin geofiziki Liliane Burkhard rəhbərliyində çalışan beynəlxalq tədqiqat qrupu Cajon Pass bölgəsində yerləşən və San Andreas Fault ilə San Jacinto Fault fay xətlərinin kəsişdiyi ərazini araşdırıb.

Mütəxəssislər 1000 illik zəlzələ tarixini kompüter modelləri vasitəsilə simulyasiya edərək müəyyən ediblər ki, hər iki fay xəttinin eyni vaxtda qırılması daha böyük və mürəkkəb fəlakətlərə səbəb ola bilər.

Araşdırmaya görə, fay xətlərindəki gərginliyin paralel şəkildə artması bu ssenarinin reallaşma ehtimalını yüksəldir. Mövcud məlumatlar isə sistemin hazırda kritik yük altında olduğunu göstərir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR