'Müxalifətin parçalanmasının əsasını Zərdüşt Əlizadə, Nemət Pənahlı, İsa Qəmbər qoydu’

SİYASƏT
12:54 01.05.2013
3549

Sərdar Cəlaloğlu: “O da mənimlə birlikdə o hərakata qoşulmuşdu, amma qaçdı getdi”.

Razi Nurullayev: “Hesab edirəm ki, mən nə zəkasızam, nə də ki, vicdansız”

Politoloq Zərdüşt Əlizadə müxalifətin zəkasının və vicdanının olmadığını bildirib. “Bizim Yol” qəzetinə müsahibəsində Z.Əlizadə deyib ki, özü vaxtilə müxalifətdən siyasətə gəlib və sonra da siyasətşünas olub. Düşərgədə olduğundan onların bacarığına bələddir: “Müxalifətin ən böyük qüsuru iki vacib amilin yoxluğudur: zəka və vicdan. Zəka yoxluğu nəticəsində müxalifət həmişə strateji səhv edib, bu səhvlər onların taktiki uğurlarını heç də üstələməyib.

Təsəvvür edin ki, strateji səhv nəticəsində hakimiyyəti və ölkəni uduzublar, taktiki bir uğurları olub, o da hakimiyyəti 1 illik məngirləmələridir. Beləliklə, taktiki uğurun arzusuyla Mirzə Cəlilin ”Bəlkə də qaytardılar" hekayəsini hələ də yaşayırlar. Sizi 100 faiz əmin edirəm, qaytarmayacaqlar".

Zərdüşt Əlizadənin fikirləri aparıcı müxalifət partiyalarında ciddi etirazla qarşılanıb.

Azərbaycan Demokrat Partiyasının (ADP)sədri Sərdar Cəlaloğlu AZXEBER.COM-a verdiyi açıqlamada Zərdüşt Əlizadənin bu fikirlərini öz üzərinə götürmədiyini söyləyib:

“Mən onun dedikləri sözləri özümə götürmürəm, çünki mənim zəkam və vicdanım ondan qat-qat çoxdur. Kim özünü ondan geridə hiss edirsə, həmin şəxs onun sözlərinə cavab versin. O da mənimlə birlikdə hərakata qoşulmuşdu, amma qaçdı getdi. Bu sözləri deməsi onun ağılsızlığını göstərir”.

Partiya sədri Z.Əlizadənin müxalifətin birləşə bilməməsi ilə bağlı fikirlərində doğruluq payı olduğunu bildirib. Onun fikrincə 1988-ci illərdə meydan hərakatı dövründə Zərdüşt Əlizadə Azərbaycan müxalifətinin parçalanmasının əsasını qoyan şəxslərdən biri olub:

“Müxalifətin heç vaxt birləşə bilməyəcəyinə gəlincə isə onu düz deyir, çünki bu proseslərdə elə özü yaxından iştirak edib. Azərbaycan müxalifətinin parçalanmasının əsasını 1988-cı illərdə Zərdüşt Əlizadə, Nemət Pənahlı, İsa Qəmbər intiriqaları qoydu və ilk parçalanma da o vaxt başladı”.

AXCP sədrinin müavini Razi Nurullayev də AZXEBER.COM-a açıqlamasında Z.Əlizadənin fikirlərinin əsassız olduğunu bildirib. O, müxalifətin zəka və vicdan probleminin olmadığını söyləyib:

Zərdüşt Əlizadə 20 ilə yaxındır ki, müxalifət haqqında fərqli fikir səsləndirməyib. O, həmişə müxalifəti taktikasızlıqda, didişməkdə, zəkasızlıqda günahlandırıb və bu dəfə də eyni addımları təkrar edir. Müxalifətin zəka və vicdan problemi yoxdur. Əlbəttə ki, bunu tam olaraq müxalifətə aid etmək olmaz. Amma mən öz partiyamın adından deyə bilərəm ki, partiyada kifayət qədər yeniləşmə, yeni fikirlər var ki, bu üzdən mən partiyada hər hansı zəka probleminin olmasını düşünmürəm.

Müxalifətin hakimiyyətə gəlmək kimi şansları olsada, təbii ki, onların müəyyən səhvləri olub. O səhvdə vahid namizədin təyin edilməsində olub. Bütün müxalifətə vicdansız və zəkasız demək ən azından ədalətsizlikdi. Mən Azərbaycan siyasətində varam və hesab edirəm ki, mən nə zəkasızam, nə də ki, vicdansız.

Razi Nurullayev Azərbaycan siyasətində zəkasız və vicdansız insanların olduğunu bildirib. O, Z.Əlizadənin bu günə qədər xalqdan dəstək ala bilmədiyini qeyd edib:

“Amma Azərbaycan siyasətində həqiqətən də zəkasız və vicdansız şəxslər var. Zərdüşt Əlizadə hər şeyə elmi cəhətdən yanaşmağı sevir. Onun indiyədək yazdığı kitablar, məqalələr, verdikləri açıqlamalar cəmiyyətə böyük bir stimul verməyib və ona xalq rəğbəti qazandırmayıb. Əgər qazandırsaydı o da bu gün bir siyasi lider olardı və Zərdüşt bəyin də hər hansı siyasi partiyası olardı. Xalq onu siyasi lider olaraq görmək istəyərdi. Praktik olaraq o dediyi sözləri sübut edə bilmirsə, o zaman müxalifət tərəfdən də heç bir diqqət görə bilməz.

Fatimə İbrahimova

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
22:59 14.08.2026
Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO