Naqif Həmzəyev YAP-ın Gəncədən namizədi oldu

Naqif Həmzəyev YAP-ın Gəncədən namizədi oldu
Bütün Xəbərlər
16:54 16.09.2015
3140
Xəbər verdiyimiz kimi Yeni Azərbaycan Partiyası dünən deputatlığa namizədlərinin siyahısını açıqlayıb. Siyahıda xeyli yeni və maraqlı adlar var.AZXEBER.COM xəbər verir ki, onlardan biri də 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülən Həmzəyev Naqif Ələşrəf oğludur.Deputatlığa namizəd olan bu gənc Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin birinci müavinidir. O, bu vəzifəyə bu yaxınlarda təyin edilib
Qeyd edək ki, Həmzəyev Naqif Ələşrəf oğlu 1983-cü il 24 may tarixində Basarkeçər (Vardenis) rayonu Nərimanlı kəndində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. 2004-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistr pilləsinə daxil olub. 2004-2006-cı illərdə Türkiyə Cümhuriyyətinin bir neçə universiteti və arxivlərində “İraq Türkmənlərinin tarixi” mövzusunda araşdırma aparıb. 2006-cı ildə “İraq türkmənlərinin ictimai, iqtisadi və siyasi durumu” mövzusunda dissertasiya işini müdafiə edərək Bakı Dövlət Universitetinin tarix fakültəsinin “yaxın və orta şərqin tarixi” ixtisası üzrə magistr dərəcəsini qazanıb.2000-ci ildən fəal olaraq ictimai fəaliyyətlə məşğul olub. “Dünya Azərbaycanlıları” Gənclərin İctimai Birliyinin həmtəsisçilərindən biridir. Azərbaycanı beynəlxalq konfrans və elmi tədbirlərdə dəfələrlə təmsil edib. 2007-ci ildə Gəncə şəhər Nizami RHK-dan könüllü həqiqi hərbi xidmətə gedib.2009-cu ilin may ayından sentyabr ayınadək Gəncə Dövlət Universiteti informasiya və kommunikasiya texnologiyaları şöbəsində mütəxəssis vəzifəsində işləyib. 2009-cu ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək Azərbaycan Dövlət Aqrar Universiteti beynəlxalq əlaqələr şöbəsində mütəxəssis, 2010-cu ilin fevral ayından 2011-ci ilin dekabr ayınadək isə informasiya və kommunikasiya texnologiyaları mərkəzinin direktoru vəzifəsində çalışıb.2013-cü il 8 fevral tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin imzaladığı 11 saylı sərəncamla Gəncə Şəhər Kəpəz Rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.Hazırda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin birinci müavini vəzifəsində işləyir.Məlumat üçün bildirək ki, YAP 2010-cu ildə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Asəf Hacıyevin namizədliyini irəli sürmüşdü.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
“Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmağa çalışırlar”
12:32 23.09.2026
“Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmağa çalışırlar”
“Mediatrends”dən yenilik: Süni intellekt sorğunu özü təhlil edəcək
12:29 23.09.2026
“Mediatrends”dən yenilik: Süni intellekt sorğunu özü təhlil edəcək