“Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor

“Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor
İQTİSADİYYAT
17:11 08.05.2020
1212
"Koronavirus pandemiyası ilə mübarizənin aparıldığı bu həssas dövrdə "Nar” üçün ən vacib məsələ 2,3 milyon abunəçisinin xüsusi ehtiyaclarının nəzərə alınmasıdır. Mobil operator olaraq virusla mübarizə üçün təxirəsalınmaz addımlar atırıq”.
 
AZXEBER.COM xəbər verir ki, bunu "Nar”ın Baş İcraçı direktoru Qunnar Panke xüsusi karantin rejimi dövründə müştərilərinə təqdim etdikləri xidmətlər barədə İTV telekanalına müsahibəsində deyib. Q. Panke qeyd edib ki, müştərilərə fasiləsiz xidmətlər göstərmək üçün gücləndirilmiş iş rejimində çalışırlar. Abunəçilərin sağlamlığının mobil operator üçün böyük əhəmiyyət daşıdığını bildirən Baş İcraçı direktor xüsusi karantin rejimi dövründə müştərilər üçün özəl xidmətlər yaratdıqlarını bildirib.

Q.Panke müştərilərin evdə qalması üçün "Nar”ın təqdim etdiyi onlayn və səyyar xidmətlər, eləcə də şəbəkəsi haqqında da məlumat verib: "Bu dövrdə bizim qarşımızda duran iki məsələ var idi. Birincisi, şəbəkəmizə xüsusi diqqət ayırdıq. Çünki karantin rejimində insanların daim əlaqədə qalması çox vacibdir. Ona görə də 24/7 rejimində şəbəkəyə nəzarət edən komandalarımız gücləndirilmiş rejimdə işləməyə başladı. İkincisi isə Müştəri Xidmətlərimizi tam hazır vəziyyətdə gətirdik ki, karantin dövründə abunəçilərimiz günün 24 saatı, həftənin 7 günü istənilən vaxt bizimlə əlaqə saxlaya bilsinlər.

Bundan başqa, koronavirus pandemiyasının mobil operatorun biznesinə təsiri barədə də danışan Q.Panke vurğulayıb ki, mart ayının ikinci yarısından etibarən, gəlirlərin azaldığı müşahidə edilir. Çünki insanlar evdə olarkən mobil xidmətlərdən deyil, sabit internet və telefon şəbəkəsindən istifadə etməyə üstünlük verir. Bunlara baxmaraq, "Nar” abunəçilərinə təqdim etdiyi sərfəli qiymətlərə sadiq qalır.

Qeyd edək ki, "Nar”ın Baş İcraçı direktoru Qunnar Pankenin İTV telekanalına müsahibəsinin videosuna aşağıdakı linkdə baxmaq olar:https://youtu.be/aQ30pivBTU4
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə