Nar Mobile 'Avroviziya 2012' müsabiqəsi ərəfəsində 4G xidmətlərini göstərməyə hazırdı

Nar Mobile
İQTİSADİYYAT
13:34 04.05.2012
2804

Azərbaycanın innovativ mobil operatoru Nar Mobile yeni texnologiyanın tətbiqinə hazırlaşır. Nar Mobile-dən AZXEBER.COM-a verilən məlumata görə, bir müddət öncə tam olaraq öz şəbəkəsini modernizə etdikdən sonra dördüncü nəsil rabitəsiz mobil 4G LTE xidmətlərini göstərməyə hazır olacağını elan etmişdir. Artıq bu gün isə şirkət 4G xidmətlərini göstərməyə hazırdı. Yeni xidmət istifadəçilərə ən son mobil rabitə texnologiyalarından istifadə etməyə imkan verəcək. Hazırda xidmətin işə salınması yöndə Rabitə İnformasiya və Texnologiyalar Nazirliyi ilə danışıqlar gedir.

“Nar Mobile öz 3G şəbəkəsini təkmilləşdirməklə bir daha sübüt etdi ki, informasiya məlumatlarının ötürülməsinin keyfiyyətində böyük təcrübəsi vardır. LTE texnologiyası tətbiqi kommersiya baxımından çox böyük investisiyalar tələb edir. Bundan başqa ölkəmizdə uğurlu LTE texnologiyasına əsaslanan mobil rabitə xidmətini göstərmək üçün hər üç mobil operatorların yanaşması lazımdır. Həmçinin yüksək keyfiyyətə zəmanət vermək üçün ən azından bir mobil operatorunda bu texnologiyaya investisiya yatırılması lazımdır. Bu cür yanaşma LTE xidmətlərinə ehtiyacı olan hər kəs üçün bu cür effektiv internetden istifadəsini mümkün edəcək. Nar Mobile hər zaman innovativ yeniliklər axtaran və sizlər üçün mükəmməl xidmət göstərməyə çalışan şirkətdir. ” – deyə şirkətin Baş Direktoru Yurgen Pitz bildirmişdi.

Qeyd edək ki, 4G LTE dördüncü nəsil rabitəsiz mobil xidmətinə aiddir. Məlumatın ötürülməsi təxminən 326,4 mbs təşkil edir.

Nar Mobile brendi ilə ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

OXŞAR XƏBƏRLƏR