“Nar Mobile” kitab həvəskarları üçün onlayn müsabiqə elan etdi

İQTİSADİYYAT
14:48 12.03.2015
1268
“Nar Mobile” cəmiyyətimizdə kitaba olan marağı artırmaq, kitabsevərləri dəstəkləmək üçün “Ali Nino” kitab mağazaları şəbəkəsi ilə birlikdə “Ürəklə al, çox oxu” kampaniyası keçirir. Kampaniya çərçivəsində “Ali Nino” şəbəkəsinə daxil olan mağazalardan istənilən kitabı 25%, 30% və ya 40% endirimlə əldə etmək mümkündür. Bunun üçün “S”, “M” və ya “L” Nar Turbo İnternet paketlərindən birini əldə etmək kifayətdir. Lakin hər zaman yenilik və kreativliyə can atan “Nar Mobile” bununla kifayətlənməyərək, “Twitter” sosial şəbəkəsində də müsabiqə keçirmək qərarına gəldi.
İndi azərbaycanlı “Twitter” istifadəçiləri oxumaq istədikləri və ya “Nar Mobile”-ın “Ürəklə al, çox oxu” kampaniyası çərçivəsində aldıqları kitablar haqqında tvitlər yazaraq müsabiqədə iştirak edə bilərlər. Tvit yazarkən, #NarlaOxu haşteqindan istifadə edilməlidir, eyni zamanda, kitab haqqında tvitlə bərabər kitabın fotosunu da yükləmək olar. Müsabiqədə bütün mobil operatorların istifadəçiləri iştirak edə bilər.
Qaliblər tvitləri ən çox retvit toplamış istifadəçilər arasından seçiləcək. Müsabiqənin qalibinə “Amazon Kindle Voyage”, 2-ci yeri tutan iştirakçıya “Amazon Kindle Fire HD 7”, üçüncü yerin sahibinə isə “Amazon Paperwhite” təqdim olunacaq. “Nar Mobile” kitaba olan həvəsi artırmaq üçün daha iki nəfərə hədiyyə verməyi planlaşdırır. Belə ki, retvitlərə əsasən, 4-cü və 5-ci yerləri tutan şəxslərin hər birinə “Ali Nino” dükanlar şəbəkəsində keçərli olan 100 AZN dəyərində hədiyyə kuponu təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə martın 11-dən aprelin 1-dək davam edəcək. Müsabiqədə iştirak edənlər @Nar_Mobile və @Aztwi hesabını izləməlidirlər. Tvitdə #NarlaOxu açar sözü yazılmalı və @Nar_Mobile hesabı qeyd edilməlidir. Bir iştirakçı müsabiqədə iştirak üçün istədiyi sayda tvit yaza bilər. Müsabiqə iştirakçısının müsabiqəyə həsr etdiyi tviti retvit edənlərin arasında botlar aşkar olunarsa, həmin iştirakçının retvitləri həqiqi sayılmayacaq. Müsabiqə iştirakçısı ən azı müsabiqə müddətində Azərbaycanda yaşamalıdır.
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

OXŞAR XƏBƏRLƏR