“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir
İQTİSADİYYAT
11:04 20.02.2026
1850

Sərfəli mobil operator Nar-ın dəstəyi ilə həyata keçirilən "Hüquqlarınla parla!” layihəsinin yekun tədbirləri baş tutub. Layihə uşaq hüquqlarının təşviqi, məktəblilərin hüquqi biliklərinin artırılması və onların analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır. Təşəbbüs çərçivəsində təşkil edilən fəaliyyətlərdə Bakı və regionlardan olan məktəblilər, o cümlədən həssas kateqoriyadan olan uşaqlar aktiv iştirak ediblər.


Tədbirin ilk günü "Regional İnkişaf” İctimai Birliyinin ofisində ekspertlərin iştirakı ilə keys müzakirələri keçirilib, iştirakçılar real və simulyativ situasiyalar üzrə həll strategiyalarını təqdim ediblər. Təqdimatlardan sonra səsvermə olub və analitik yanaşma, təklif olunan həll strategiyalarının əsaslandırılması, təqdimat bacarıqları və komanda işi meyarları əsasında ekspertlər tərəfindən ən yaxşı 3 komanda müəyyən edilib. Yekun mərasim isə T. İsmayılov adına 6 saylı məktəb-liseyində baş tutub.Tədbirin davamında təlimlərdə yüksək nəticə göstərən məktəblilər, eləcə də həssas kateqoriyadan olan uşaqlar üçün keçirilən keys müsabiqəsində ekspertlərin səsverməsi ilə seçilən qalib komandalar hədiyyə və diplomlarla, iştirak edən məktəblilər isə sertifikatlarla təltif olunub.


Layihə çərçivəsində indiyədək 2000-dən çox məktəbli, o cümlədən həssas kateqoriyadan olan uşaqlar hüquqi maarifləndirmə tədbirlərinə cəlb olunub. Layihənin nəticəsi olaraq, uşaqlar üçün hüquqi maarifləndirməni daha əlçatan etmək məqsədilə xüsusi mobil tətbiqin hazırlanmasına başlanılıb.

Layihə Azərbaycan Respublikasının Milli Məclisi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və "Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlığı ilə icra olunub.


Qeyd edək ki, "Nar” artıq 4 ildir ki, "Regional İnkişaf” İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində layihəyə davamlı dəstək göstərir. Mobil operator korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uşaq hüquqlarının qorunması, rəqəmsal savadlılığın artırılması və internet təhlükəsizliyinin təşviqini prioritet istiqamətlərdən biri hesab edir. Şirkət kiberbullinqə qarşı mübarizə, şəxsi məlumatların qorunması və uşaqların təhlükəsiz rəqəmsal mühitdə inkişafına yönəlmiş təşəbbüslərə sistemli və uzunmüddətli yanaşma sərgiləyir. "Hüquqlarınla parla!” layihəsi də bu strategiyanın tərkib hissəsi olaraq ictimai-özəl tərəfdaşlığın effektiv modelini nümayiş etdirir.

 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır