Naringi yeyərkən yol verdiyimiz böyük səhv - Mütəxəssis açıqladı

Naringi yeyərkən yol verdiyimiz böyük səhv - Mütəxəssis açıqladı
SOSİAL
00:51 03.06.2026
106
Qida təhlükəsizliyi üzrə mütəxəssis Kristina Lora naringi istehlakı zamanı insanların tez-tez yol verdiyi bir səhvdən danışıb.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə "ABC" nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, çoxları naringini təmizlədikdən sonra üzərində qalan ağ sapları iştahaaçıcı görünmədiyini düşünərək təmizləyir. Lakin əslində bu nazik təbəqə – albedo – meyvənin ən faydalı hissəsidir.

Kristina Lora izah edib ki, bu liflər naringinin dilimlərindən 20 dəfə çox antioksidant və qanda "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edən külli miqdarda pektin ehtiva edir. O, həmçinin əlavə edib ki, naringi bütövlükdə C vitamini ilə zəngin bir meyvədir.
OXŞAR XƏBƏRLƏR