Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində milyonlarla manat mənimsəmə aşkarlandı

Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində milyonlarla manat mənimsəmə aşkarlandı
İQTİSADİYYAT
15:33 16.05.2023
413
Hesablama Palatası 2023-cü il üzrə İş Planına uyğun olaraq bu il fevralın 15-dən martın 18-nə qədər Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində apardığı yoxlamalar nəticəsində milyonlarla manat mənimsəmə aşkarlayıb.

AZXEBER.COM ali audit qurumuna istinadən xəbər verir ki, yoxlamalar 2021-2022-ci illər üzrə ümumilikdə 27 milyon manat vəsaiti əhatə edib ki, bunun da 1,6 milyon manatı saxlanma xərcləri, 25,4 milyon manatı isə subsidiya ödənişləri ilə bağlı olub.

Audit nəticəsində subsidiya verilməsi üçün ayrılmış vəsaitin 57,2%-nin əsassız xərclənməsi müəyyən edilib. Bu isə subsidiya sisteminin düzgün qurulmamasına, uzun müddət nəzarət mexanizminin tətbiq edilməməsi səbəbindən həmin fəaliyyət üzrə yüksək risklərin yaranmasına şərait yaradıb.

Bundan başqa, aqrar sahədə subsidiya üzrə ölkə prezidentinin fərmanları düzgün tətbiq edilməyib. Belə ki, dövlət başçısının "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 27 iyun 2019-cu il fərmanını və fərmanla təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyib, "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” Naxçıvanda tətbiq edilməyib, nazirlikdə müvafiq işçi qrupu yaradılmayıb, kütləvi informasiya vasitələrində məlumat dərc olunmayıb, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmayıb.

"Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 3.2-ci bəndinin ləğv edilməsinə baxmayaraq, həmin bənd muxtar respublikada tətbiq edilib, ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun 70%-i əkin subsidiyası hesabına, 30%-i isə torpaq mülkiyyətçisi tərəfindən ödənilməsi mexanizmi köhnə qaydada davam etdirilib.

Aparılmış yaz əkinlərinə görə kənd təsərrüfatı istehsalçılarına subsidiya verilmədiyi halda vəsait avans kimi köçürülüb və ilin sonunda qalan vəsait büdcəyə qaytarılmayıb.

2021-ci ildə Naxçıvanda 17 294,6 hektar sahədə aparılmış yaz əkinləri üçün hesablanmış əkin subsidiyasından gübrənin alınması üçün nəzərdə tutulmuş məbləğin 70%-i gübrə istehsalçılarına verilməyib.

2021-ci ildə subsidiya üzrə vəsaitdən 2 milyon manatı nazirlik "Kapital Bank” ASC-nin "Naxçıvan” filialında açdığı hesablaşma hesabında saxlayıb, növbəti ilin subsidyalarının verilməsində istifadə edib .

Rayon komissiyaları və yerlərdə aparılan araşdırma zamanı bir sıra nöqsanların aşkar olunduğu müəyyən edilib. Belə ki, subsidiyanın hesablanması və ödənilməsində;

- icarə müqavilələrinin bağlanmaması;

- müqavilələrdə tərəflərin imzalarının olmaması;
- icarə müqavilələrinin təsdiq edilməməsi və ya sonradan təsdiq edilməsi;

- əkin subsidiyasının verilməsinə əsas verən torpaq sahələrinin təsdiqedici sənədlərdə göstərilən hektarlarla uyğun olmaması;

- subsidiyanın verilməsi üçün digər təsdiqedici sənədlərin olmaması;

- adlarına subsidiya rəsmiləşdirilmiş vətəndaşlara subsidiyanın ödənilmədiyi və bu barədə vətəndaşların xəbərsiz olması halları müəyyən edilib.

Meyvə bağlarına subsidiyaların hesablanması zamanı ən yüksək əmsal tətbiq edilməklə bütün bağlar yeni və intensiv meyvə bağları kimi rəsmiləşdirilmiş, rayon komissiyaları tərəfindən təsdiq edilən adlı siyahılarda meyvə bağları növlərinə görə fərqləndirilməmiş, əkilməyən və ya mövcud olmayan əkin sahələrinə, meyvə bağlarına, üzüm bağlarına, tinglərə, toxumlara və dövlət dəstəyinin digər növlərinə (arı ailələri, süni mayalanma ilə doğulan buzovlar və s.) görə subsidiyanın verilməsi rəsmiləşdirilib ki, bu da digər sahələrdə olduğu kimi dövlət vəsaitlərinin qeyri-qanuni istifadəsinə şərait yaradıb.

Texnikanın güzəştli şərtlərlə satışı zamanı nöqsanlara yol verilib. Belə ki, "Aqrolizinq” ASC tərəfindən "Naxçıvan Aqrolizinq” ASC-yə əvəzsiz verilən traktor və kotanların satışı zamanı büdcə vəsaiti hesabına "Naxçıvan Aqrolizinq”a əsassız olaraq 40 % güzəşt üzrə 58 800 manat subsidiya köçürülüb, texnikaların güzəştli şərtlərlə satışı zamanı alıcıların maliyyə vəziyyəti və digər istiqamətlərdə risklər araşdırılmayıb.

Un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin edilməyib. Belə ki, nazirlik İqtisadiyyat Nazirliyinin xətti ilə satılan unun hər tonuna görə un istehsalçılarına köçürülmüş 1,3 milyon manat məbləğində subsidiya vəsaitlərini yalnız 1 istehsalçı olmaqla "Gəmiqaya Holdinq” istifadə edib.

Vəsaitlərin istifadəsi zamanı mühasibat uçotunun bəzi tələblərinə əməl edilməyib. Belə ki, subsidiya üzrə 2021-ci ildə icra edilmiş 18,5 milyon manat, 2022-ci ildə icra edilmiş 6,9 milyon manat vəsait nazirliyin maliyyə hesabatlarında əksini tapmayıb.

Nazirliyin "Araz” Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə Təsərrüfatı "Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərini pozaraq pulun dövriyyəsini nağd qaydada həyata keçirib, mühasibat uçotu aparılmayıb, hesabat tərtib etməyib.

Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda nazirlikdə aparılan yoxlamanın nəticələri barədə məlumat müvafiq qurumlara göndərilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”