Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda yeniyetmə bıçaqlandı
SOSİAL
22:04 27.10.2026
215
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlanıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində baş verib.

Məlumata görə, mübahisə zamanı 2010-cu il təvəllüdlü Oktay Rövşən oğlu İsmayılov Xəyal Sərxan oğlu Əliyev tərəfindən bıçaqlanıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən X.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR