Nazir: “2022-ci ildə süni qiymət artımının qarşısının alınması prioriet olacaq”

Nazir: “2022-ci ildə süni qiymət artımının qarşısının alınması prioriet olacaq”
MANŞET
14:26 23.12.2021
597
"Bizi iqtisadi, əhalinin sosial rifahı nöqteyi-nəzərindən narahat edən məsələlər var. Bu, inflyasiya prosesləridir. Çünki inflyasiya prosesləri ilk növbədə əhalinin gəlirinin dəyərini azaldır”.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində məlumat verib.

Nazir bildirib ki, Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir və qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, təbii olaraq bu, Azərbaycanda da öz əksini tapır:

"2021-ci ildə ən sürətlə inflyasiya prosesləri gedən sektorlar - qida, müxtəlif tikinti materialları, xammal və s. sahələrdir. Bu məhsulların xüsusilə Azərbaycanda istehsalı azdır və ya istehsal edilmir, onların idxalından asılıyıq. Bu, birbaşa olaraq qiymət artımının daxili bazara ötürülməsidir. Burada, təbii olaraq, hökumətin əlində o qədər də çox alət yoxdur. Biz çalışırıq ki, sosial əhəmiyyət kəsb edən məhsullara görə, yaxud da sosial müdafiə nəzərindən həssas olan təbəqələrə xüsusi yanaşma tətbiq edilsin. Dünya bazarlarında son iki ildə taxılın qiyməti təxminən 45-50 faizə yaxın artıb və biz kifayət qədər böyük həcmdə taxıl idxal edirik. Bu strateji məhsulun qiymətinin artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir”.

Mikayıl Cabbarov qeyd edib ki, qiymətlərin süni şəkildə artımına yol verə bilən addımların qarşısının alınması istiqamətində fəaliyyət gücləndirilib və 2022-ci ildə də prioritet istiqamət bu olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü