Nazir Azad Rəhimov: "Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək"

Nazir Azad Rəhimov: "Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək"
ÖZƏL
19:46 19.10.2017
3208

Sözsüz ki, "Qarabağ” bizə çox gözəl anlar bəxş etdi. Dostlar, həmkarlar arasında oyunla bağlı müəyyən proqnozlar səsləndirilmişdi. Lakin bu cür hesabı heç kim gözləmirdi. "Qarabağ”ın futbolçularının peşəkarlıq və oyun səviyyələrinin get-gedə necə artdığını görürük. Onların timsalında tam ayrı, Avropa səviyyəli komandanın oyununu gördük. Bunlar bizi sevindirir".

AZXEBER.COM xəbər verir ki, bunu "Report"a açıqlamasında gənclər və idman naziri Azad Rəhimov Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın İspaniya "Atletiko"su ilə 0:0 hesablı heç-heçə etdiyi görüş barədə danışarkən deyib. Heç-heçəyə sevinməyin gərəkliyini vurğulayan nazir fransalı referi Ruddi Bukenin "Qarabağ"ın hücumçusu Dino Ndlovuya ikinci sarı vərəqəni göstərərək, meydandan kənarlaşdırdığı epizoda da münasibət bildirib: "Məsələyə tam obyektiv yanaşıram: "Qarabağ"ın futbolçusuna qırmızı vərəqənin göstərilməsi düzgün qərar deyildi. Rəqib futbolçu tərəfindən ayağa zərbə həqiqətən də var idi. Bunu videotəkrara baxdıqda dəfələrlə gördük".

A.Rəhimovun fikrincə, "Qarabağ" rəhbərliyi bu epizodla bağlı UEFA-ya şikayət edəcək. Lakin o, lazımi nəticənin əldə olunacağına inanmadığını söyləyib: "Sözsüz ki, protest veriləcək, amma nəticəsi maksimum nə ola bilər? Həmin referi 1-2 beynəlxalq oyundan kənarlaşdırıla bilər. Mümkündür ki, hakimlər hər bir oyunda səhvə yol versinlər. Lakin futbolda hakim səhvləri ilə əlaqədar bundan başqa tədbir növü müəyyənləşdirilməyib. Ona görə də tək futbolda deyil, digər idman növlərində də hakimlərin işinə toxunmamalı, onları düşünməməliyik. Özümüzü elə göstərməli, elə oynamalıyıq ki, hakim heç bir təsir göstərməsin. Hər bir oyunda və yarışda rəqibdən iki baş güclü olmalıyıq. Hakim səhvləri biz, AFFA və klub rəhbərliyinə heç bir təsir edə bilməz. Etiraz mütləq olacaq, amma nəticəsinə inanmıram".

Nazir "Qarabağ"ın futbolçusunun meydandan kənarlaşdırılmasında siyasi addım görmədiyini də əlavə edib: "Bu, siyasətdən tam uzaq haldır, ola da bilməz. Deyə bilərsiniz ki, hakim Fransadan, "Atletiko" İspaniyadandır. Yəni, hər iki ölkə Qərbi Avropada yerləşir. Amma səhvlər də olur. "Qarabağ"ın 3 il əvvəl İtaliya "İnter"i ilə keçirdiyi oyundan sonra çexiyalı referi oteldə "Mən niyə belə səhv buraxdım? Sanki gözümün qabağına qaranlıq çökmüşdü" deyə ağlayırdı. Belə hallar da mümkündür".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ” – "Atletiko” matçının 75-ci dəqiqəsində Dino Ndlovu Dieqo Qodinin müdaxiləsindən sonra yerdə qalıb. Lakin fransalı baş hakim Ruddi Buke epizodu simulyasiya kimi dəyərləndirib və Ndlovuya oyun ərzində ikinci sarı vərəqə göstərərək, meydan sahiblərini azlıqda qoyub. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO