"Nə geyimlərini bilirlər, nə danışıqlarını, nə də özlərini aparmağı" - Əməkdar artist

"Nə geyimlərini bilirlər, nə danışıqlarını, nə də özlərini aparmağı" - Əməkdar artist
MAQAZİN
12:07 18.04.2025
401
"Sənətiniz yoxdur, heç olmasa ləyaqətiniz olsun".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Gün ortası" verilişində qonaq olan Əməkdar artist Nigar Şabanova deyib.
 
Əməkdar artist Nigar Şabanova sənəti olmayıb, meydan sulayan və sənətkarlara qarşı hörmətsizlik edən ifaçıları sərt şəkildə tənqid edib:
 
"Sözüm sənəti olmayanlaradır. Nazilə çox gözəl bir söz dedi ki, "Pullu zövqsüzlər sənəti olmayan müğənnilərə pul xərcləyir". Danışanda onları bəyənmirlər amma öz ailələrinin içinə gətirib salırlar. Bu artıq bizim bədbəxtçiliyimizdir. Barmaqla sayılacaq qədər sənəti olan sənətçilər qalıb, onları qorumalıyıq. Mədəniyyəti olmayan insanı, qoyun elə yetişdiyi yerdə qalsın. Nə geyimlərini bilirlər, nə danışıqlarını bilirlər, nə də özlərini aparmağı. Özləri heç kim olmaya-olmaya sənətkara dil uzadırlar. Onlar özləri də bilmirlər ki, sənətə niyə gəliblər".
 
Aysel
OXŞAR XƏBƏRLƏR