Azerisport.az xəbər verir ki, belə gənclərə böyük diqqət və qayğı göstərən klub rəhbərliyi, onları oyun praktikası qazanması üçün müxtəlif klublara icarəyə verir.
Bir müddət əvvəl flaqmanın 4 üzvü Eşqin Quliyev, Orxan Həsənov, Slavik Alxazov və Ruslan Tağızadə "Abşeron" klubuna icarəyə verilmişdi. Cari mövsümün gedişində Arif Əsədovun imtina etdiyi, ardından əvəzedici heyətdə çıxışlarını davam etdirən "Neftçi"nin hücumçusu Fərid Quliyevlə isə 2012-ci il iyul ayına qədər yeni müqavilə imzalanıb. Lakin buna baxmayaraq, Quliyev gözlənildiyi kimi, bu mövsümün sonuna qədər Zaqatala təmsilçisi "Simurq"da icarə əsasında forma geyəcək.
Quliyevdən əlavə, komandanın digər üzvü, müdafiəçi Tural Nərimanov da icarə əsasında, mövsümün sonuna qədər MOİK-in şərəfini qoruyacaq.