Bakının Nərimanov rayonunda iki gün ərzində su olmayacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi boyunca yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar dekabrın 8-9-da Nərimanov rayonunun bir hissəsinə - Montin qəsəbəsinə, Ə.Rəcəbli, F.X.Xoyski, Y.V.Çəmənzəminli, F.Yusifov, Ağa Nemətulla küçələrinə içməli su fasilələrlə veriləcək.