Nicat Şıxəlizadə: "Mən o dərmanı bilmədən atmışdım" - VİDEO

Nicat Şıxəlizadə: "Mən o dərmanı bilmədən atmışdım" - VİDEO
VİDEO
16:28 19.06.2020
15693
AzxeberSport-un müsahibi cüdo üzrə Avropa və dünya çempionu, İslam Oyunlarının qalibi Nicat Şıxəlizadədir. 

 
 
- Nicat Şıxəlizadə idmana olan marağınızdan, gəlişinizdən danışaq...
- Naxçıvan Muxtar Respublikasında anadan olmuşam. Uşaq yaşlarından məhlədə dalaşqan biri kimi tanınırdım. Sonra Bakıya köçdük. Burada idmana başladım.

- Ailənizin istəyi ilə idmana başlamısınız?
- Düzünü desəm, hə. Dördüncü sinifdə oxuyanda məni Respublika Olimpiya İdman Liseyinə yazdırdılar. O vaxtdan idmana başladım. Ailəm özü məni idman gimnastikasına yazdırdı. Halbuki, bu idman növünə özümün həvəsi yox idi. İki il gimnastika ilə məşğul olandan sonra cüdo ilə maraqlanmağa başladım.

- Niyə məhz cüdo?

- Təbii ki, özümün həvəsi var idi. Çünki dəcəl və dalaşqan biri gimnastika ilə yox, döyüş idman növlərində çıxış etmək istəyər. Cüdo, karate və güləş kimi idman növləri ilə maraqlanmağa başladım. Cüdoda olan gözəllik məni özünə cəlb etdi. Elə oldu ki, mən ailəmdən xəbərsiz cüdo ilə maraqlandım, məşqlərə qatılmağa başladım. Artıq gimnastikadan çıxıb cüdoya başladım. Nağı Babayevin rəhbərliyi ilə məşqlərə başladım. Elə indiki məşqçim də odur.

- Hər bir ailənin arzusu övladının ali təhsil almasıdır, bəs onlar təhsil almanızı yoxsa idmanı tövsiyə edirdi?
- Hər bir ailə istəyər ki, övladı təhsil alsın. Mənim ailəm də bunu istəyirdi. Tapşırıqları o idi ki, dərslərimdən geri qalmayım. Elə özümün də həvəsim həm təhsilə, həm də idmana idi. Mən 9-cu sinifə qədər yaxşı oxumuşam. Ancaq artıq seçim etməli idim, ikisi birlikdə alınmırdı. Həm də yarışlar təlimlər başlayırdı. İdmanı üstün tutdum.

- İslam oyunlarında qızıl medal qazanmısınız. Bəs idmanda ən böyük arzunuz nədir?
- Düzdür, Dünya, Avropa və Qran-pri yarışlarında medallarım var. İslam oyunlarının qızıl medalçısıyam. Amma Olimpiya oyunlarında medalım yoxdur. Hər bir idmançının ən böyük arzusu Olimpiya oyunlarında iştirak etmək və qalib olmaqdır. Mən iştirak etmişəm Olimpiya oyunlarında, ancaq hələ ki, medalım yoxdu.

- Tokio-2020 Olimpiya oyunlarının vaxtı bir il ertələndi. Bunun sizə və digər idmançılara olan təsirindən danışaq...
- Düzdür, koronavirus yayıldıqdan sonra bütün idman yarışlarının vaxtı dəyişdirildi. Əvvəlcə, bu bəladan qurtulaq. Sonra zallar açılsın, məşqlər bərpa olunsun ki, biz də yenidən hazırlıqlara başlayaq və Olimpiya oyunlarında iştirak edək.

- İdmançı özünü içkidən, siqaretdən və digər idmana yad olan şeylərdən necə qorumalıdır?
- Hər bir idmançı, nəinki idmançı sağlam qalmaq istəyən hər bir şəxs bu vərdişlərdən uzaq durmalıdır. İdmançıya bu cür şeylər xas olan şeylər deyil. Burada iradə amili də rol oynayır.

- 4 il rəsmi yarışlardan kənar qalmısınız bu sizdə olan idman həvəsinə necə təsir edib?
- Karyeramın ən pik vaxtlarında idmandan 4 il geri qaldım. 2007-ci ildə dopinq testində problemlər yaşadım. Dünya Cüdo Federasiyası mənə 4 il cəza verdi. Həqiqətən 4 il bir idmançı üçün çox böyük müddətdir. İdmandan uzaq qalmaq, yarışlardan uzaq qalmaq çətindir. Bəlkə də yerimə başqa idmançı olsaydı, idmanı atıb başqa sahə ilə məşğul olardı. Amma mən özüm də güc topladım və 2011-ci ildə yenidən idmana rəsmi qayıtdım.

- Həmin dopinq testindən danışaq...
- Mənim analizimdən frosomid çıxdı. O isə sidik qovucudur. Süni şəkildə çəki atmaq üçün idi. Bunu idmançılar o vaxt atırdı. Anlaşılmazlıq olmuşdu. Mən bu dərmanı bilmədən atmışdım. Elə ona görə də cəzasını çəkdim.

- Nicat, bu 4 ildə sizə kimlər dəstək oldu?
- Təbii ki, ən çox dəstək ailəm oldu. Müəllimlərim və məni istəyən insanlar da yanımda oldular. Dostlarım daim dəstək oldular.

- İdmanda çox yarışçının istədiyi medalları qazanmısınız. Ən unudulmazı hansı olub?
- İslam oyunlarında qızıl medal qazanmışam. Hələ ki, ən unudulmazı o idi. Çünki komanda yoldaşlarım da qızıl medallar qazandılar. 60, 73 kq-da mübarizə aparan komanda yoldaşlarım artıq birinc idilər. Həmin günün finalı yaddaşımda qalan finaldır. Ölkə başçımız cənab İlham Əliyev görüşü canlı izləyirdi və mən rəqibimi vaxtından əvvəl məğlub edərək qalib oldum. Prezidentimiz məni təbrik etdi və şəxsən özü məni qızıl medalla təltif etdi.

- Nicat, elə bir rəqibiniz olub ki, adından, qazandığı titullardan çəkinmisiniz?
- Yox, elə rəqib olmayıb. Sadəcə elə rəqiblər var ki, onlarla güləşim alınmır. Öz çəkimdə olan bəzi cüdoçular ilə güləşəndə çətinlik çəkirəm. Bəlkə də güləş tərzimiz uyğun gəlmir. Var elə rəqiblər. Amma qorxduğum yoxdur.

- Sizcə ən güclü cüdoçumuz kimdir?
- Mən Elnur Məmmədlini deyərdim. Nazim Hüseynovu da. Olimpiya çemponlarımızdılar. İlk dünya çempionumuz Elxan Məmmədovu da deyərdim. Çoxdur. Son vaxtlar populyar olan Rüstəm Orucov demək olar. Çox titullu idmançıdır. Olimpiyada da gümüş medal qazanıb. Avropa çempionudur. İki dəfə Dünya çempionatında gümüş medal qazanıb.

- Yeni başlayan gənclər tez həvəsdən düşür və idmandan gedirlər. Onlara məsləhətiniz?
- İdmanda udmaq da var, uduzmaq da. Uduzmasan udmağın ləzzətini bilməzsən. Yeni başlayan gənclərə məsləhətim məqsəd qoysunlar, öz üzərlərində işləməlidirlər, əzmkar olmalıdırlar kı, məqsədə doğru gedə bilsinlər. Hansısa, bir yarışda məğlub olduqda həvəsdən düşməsinlər.

- Hazırda dünyanı cənginə alan koronavirus Nicat Şıxəlizadəyə və digər idmançılara necə təsir edib?
- Təbii ki, hər bir idmançı hazırda çətinlik çəkir. Zallar bağlandı, məşqlərimiz edə bilmədik. Amma buna baxmayaraq, hər bir idmançı ev şəraitində də olsa məşq eləməldi. Bədən tonusda qalmalıdı,yatmamalıdı. Bu müvəqqəti çətinlikdi. Ölkəmiz bunun da öhdəsindən layiqincə gəlir.

- Azərbaycanda cüdo federasiyasınız işlərindən razısınız?
- Bəli, Azərbaycan Cüdo Federasiyasının işlərini yüksək qiymətləndirirəm. Hər bir cüdoçunun bütün problemlərini həll etməyə çalışırlar. İstər maddi, istərsə də texniki olsun daim idmançılara yardım edirlər. Hansısa bir idmançı zədələnirsə, mütləq onun zədəsi burda sağalmasa da, xaricdə müayinə və müalicə olunur. Fürsətdən istifadə edib burdan Azərbaycan Cüdo Federasiyasının rəhbəri cənab Rövnəq Abdullayevə və vitse-prezident Sadıq Sadıqova təşəkkür edirəm.

- Və son olaraq Nicat Şıxəlizadənin gəliri hardandır?
- Həm Dövlət Sərhəd Xidmətinin zabitiyəm, həm də idmançıyam. Sərhəd Qoşunlarının Xidmət rəisi cənab Elçin Quliyevə təşəkkür edirəm ki, mənə bu cür şans yaradır ki, yarışlarda iştirak edə bilirəm. Hazırda həyatımız sakit gedir. Yeni qərarla açıq havada məşq edə bilərik. Bu hər bir idmançı, idmansevər üçün sevindirici xəbərdi. Artıq sabahlar bulvarda, stadionlarda yenidən məşq edə bilərik, təbii ki, 4-5 nəfərlik qruplar şəklində. Hələ ki, bununla kifayətlənirik. İnşallah zallar açıldıqda daha geniş məşqlərə başlarıq.
 
Hüseyn Qarazadə,
AzxeberSport.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir
18:34 11.03.2025
Zelenskinin Ofisi: Ukrayna sülh istəyir