Bu günlərdə Bakıda yazıçı Nisə Şahinin Türkiyədə işıq üzü görmüş romanının tərcüməsi nəşr olundu.
AZXEBER.COM-un məlumatına görə, “Azərbaycan” nəşriyyatı tərəfindən çap olunan “Həyat qurtaran söz” romanının baş qəhrəmanı qan xərçənginə düçar olmuş bir yeniyetmədir.Yazarın portalımıza verdiyi məlumata görə, kitabın satışından əldə olunacaq vəsaitə leykemiyalı uşaqlara gərəkli dərmanlar alınacaqdır. Yazıçı uşaqlara dəyər verən,onlar üçün “gözəl dünya” qurmaq istəyən hər kəsə səslənir! Dəstəklərinizi əsirgəməyin. Qeyd edək ki, kitabı “Əli&Nino” magazalarından əldə etmək olar
Fililogiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiq üzvü Vüqar Əhməd isə yazıçı haqda deyib: “Nisə Şahindən yenə də gənclərin tərbiyəsinə müsbət təsir göstərə biləcək, xəstə uşaqlara isə təsəlli ola biləcək əsərlər gözləyirəm...