"Hər il rus bölməsini bitirənlər eyni ixtisaslara Azərbaycan bölməsini bitirənlərdən daha az balla qəbul olurlar. Bu isə rus bölməsində oxumağa təşviq olunma deməkdir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri siyasi şərhçi Azər Həsrət deyib.
O qeyd edib ki, bu il də eyni halın mövcud olacağı gözlənilir:
"Bununla bağlı müəyyən dövlət qurumları və universitetlər əsim-əsim əsirlər. Niyə eyni ixtisasa rus bölməsini bitirənlər daha az balla qəbul olunmalıdır? Bu il də eyni hal mövcud olacaq. Bu kimə lazımdır axı? Bu qaydaları kim qoyur? Niyə bərabərsizlik şəraiti yaradılır və milli Azərbaycan dilində oxuyanlara haqsızlıq edilir?”.
O deyib ki, Azərbaycan müstəqil dövlətdir və öz ana dili var:
"İşğalçı Rusiyanın dilini niyə bu yolla təşviq edirlər? Dövlət bu məsələnin üzərinə getməlidir. İxtisas seçimində bal zamanı Azərbaycan və rus dili nəzərə alınmamalıdır. Azərbaycan müstəqil dövlətdir və öz ana dili var. Belə bir şəraitdə dövlət dilini qırağa qoyub işğalçı Rusiyanın dilini yuxarı qaldırmaq olmaz”.
A.Həsrət hesab edir ki, bu məsələdə ayrı-seçkiliyə yol verilir və bunun qarşısı alınmalıdır.
Şahanə Ziyad











































