Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında! - FOTOLAR

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında! - FOTOLAR
İQTİSADİYYAT
10:34 24.12.2021
457
Lider operator dahi şair və mütəfəkkirin əsərlərini "Audiokitab” formatında tərtib etdi

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın orta əsr ədəbiyyatının ən görkəmli siması olan Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Prezident cənab İlham Əliyevin sərəncamına əsasən 2021-ci il "Nizami Gəncəvi İli” elan edilib. Dekabrın 23-ü Bakı Kitab Mərkəzində (Baku Book Center) "Azercell Telekom”-un təşəbbüsü ilə Nizaminin zəngin bədii irsinə həsr edilmiş "Audiokitab” layihəsinin təqdimatı keçirilib.

Layihə haqqında iştirakçılara məlumat verən Azercell-in Media ilə Əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskaya qeyd etdi: "Azərbaycanlı müəlliflərin əsərlərini rəqəmsal formata keçirməklə şirkət xüsusi olaraq gənclər arasında mütaliə mədəniyyətini genişləndirmək, həm də müasir oxuculara dünyanın bütün nöqtələrində rəqəmsal cihazlar vasitəsilə xalqımızın mədəni irsini daha əlçatan və rahat etməyi qarşısına məqsəd qoyur. Məhz bu niyyətlə elektron kitabxananın inkişafında Azercell-in növbəti təşəbbüsü beynəlxalq elektron platforma vasitəsilə Nizami əsərlərinin audiokitab formatında dünyanın beş dilində təqdim edilməsi oldu.”

Qeyd edək ki, layihə çərçivəsində "Azercell”-in dəstəyilə Nizami Gəncəvinin 100-dən çox seçilmiş fəlsəfi və lirik məzmunlu, müxtəlif ölçülü əsərlərindən parçalar audiokitab formatında tərtib edilib. Şeirlər Azərbaycan, rus, ingilis, fransız və türk dillərində qədim simli musiqi alətlərinin müşayiəti altında səsləndirilib. Orijinal fon musiqiləri ilə təqdim olunan audio materiallar Azercell-in eksklüziv şəkildə təqdim etdiyi beynəlxalq "Bookmate” əlavəsinə yüklənilib.

Layihə çərçivəsində Nizami Gəncəvinin iki əsərinin: "Kərpickəsən kişinin dastanı” və "Adil Nuşirəvan ilə vəzirin hekayəti”-nə komiks janrında çəkilmiş şəkillərindən fotoalbom hazırlanıb. Tədbirdə yeni formatda hazırlanmış "Kərpickəsən kişinin dastanı” komiksi də iştirakçılara təqdim olunub.

Təqdimat mərasimində Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli və "Colorit” Yaradıcılıq Emalatxanasının rəhbəri Teymur Nəcəfzadə də çıxış etdilər.

Təqdimatın bədii hissəsində müəllif və qiraətçilər Xəzər Süleymanlı və Səməd Hətəmov Gəncəvinin ölməz əsərlərindən bəzi hissələri ifa ediblər. Daha sonra vokal ifaçısı Tomrisin çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Mərasimdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında "Leyli və Məcnun” baletindən səhnə də nümayiş etdirilib.

Xatırladaq ki, Azercell tərəfindən eksklüziv şəkildə təqdim olunan "Bookmate” tətbiqi məkandan və istifadə edilən cihazdan asılı olmayaraq, hətta, oflayn rejimdə belə müxtəlif janrlarda 4 milyondan çox elektron və audiokitabı özündə cəmləşdirən zəngin elektron kitabxanadır. Bundan əvvəl milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə Azercell şirkəti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə şairin seçmə qəzəllərini, "Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq elektron kitabxanaya yükləmişdi.

"Bookmate” Rəqəmsal kitabxanası haqqında daha ətraflı məlumatı aşağıdakı link vasitəsilə əldə etmək olar: https://www.azercell.com/az/personal/digital-solutions/bookmate.html
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü