Novruz bayramının rəmzləri və onların gizli mənaları

Novruz bayramının rəmzləri və onların gizli mənaları
MARAQLI
12:01 19.03.2026
909
Novruz bayramı Azərbaycan xalqının ən qədim və sevilən bayramlarından biridir. Bu bayramda istifadə olunan atributlar və şirniyyatların hər birinin xüsusi mənası var
 
AZXEBER.COM bayram şirniyyatları və atributlarının mənalarını təqdim edir:

Səməni - həyatın, bolluğun və yenilənmənin rəmzidir. Baharın gəlişini göstərir.

Yumurta - həyatın yaranması və davamlılığı deməkdir. Boyanmış yumurtalar sevinc və rəngarəngliyi simvolizə edir.

Şam - işıq və aydınlıq rəmzidir. Şamların sayı ailə üzvlərinin sayına uyğun qoyulur.

Su - təmizlik və saflaşmanı bildirir. Novruzda su üstündən tullanmaq köhnə ilin çətinliklərindən qurtulmaq deməkdir.

Yaşıl otlar və güllər - təbiətin oyanmasını və baharın gəlişini göstərir.

Xonça - bayram süfrəsinin mərkəzidir, bolluq və birlik rəmzidir.
 
Bayramda ən çox rəğbət görən atributlardan ən asası iə təbii ki, Novruz şirniyyatlarıdır. Onların da xüsusi məna kəsb etdiyini bilirdinizmi?

Paxlava - qat-qat hazırlanır və ulduz formasında kəsilir. Bu, kainatı və həyatın çoxqatlılığını simvolizə edir. İçindəki qoz isə gücü və enerjini bildirir.

Şorqoğal - sasən günəşi simvolizə edir, içindəki ədviyyatlar həyatın müxtəlifliyini ifadə edir.

Kətə (şirin kətə)- bolluq və qonaqpərvərlik rəmzidir.

Badambura - aypara formasında olur, ayı və gecəni simvolizə edir.

Yalnız Novruz bayramında görməyə öyrışdiyimiz Kosa və Keçəl də bayramının ən maraqlı və əyləncəli folklor obrazlarındandır. Onlar əsasən bayram şənliklərində səhnəciklər göstərir, insanları güldürür və baharın gəlişini simvolizə edirlər.

Kosa qışı təmsil edir. O, adətən qoca, zarafatcıl və bir az da acgöz kimi təsvir olunur. Qışın sonunu və köhnə ilin bitməsini göstərir.

Keçəl isə baharı və yeniliyi simvolizə edir. O, daha cavan, şən və hazırcavab olur. Baharın gəlişini, təbiətin oyanmasını ifadə edir.
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR
18:21 05.11.2026
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR