'Nurçu məktəbi, yoxsa Türk liseyi?' qalmaqalı böyüyür - CAVAB GƏLDİ

KÖŞƏ
10:40 29.09.2012
10397

"Publika.az" saytında yayımlanan “Nurçu məktəbi, yoxsa Türk liseyi?” cəmiyyət tərəfindən birmənalı qarşılanmır"" adlı yazıya Türk Liseyinin məzunu Hüseyn Qurbanov AZXEBER.COM vasitəsilə cavab verib. Əlbəttə ki, Türk liseyi.

Bu yazını yazmağıma səbəb Günay Muradlının publika.az-da yayımlanan “Nurçu məktəbi,yoxsa Türk liseyi” başlıqlı yazısıdır.Düzdür,bu yazıya yetəri qədər cavab gəldi amma birdə mən-bu liseylərdən məzun olan şəxs-cavab yazmaq istədim. Ən azından atılan iftiralara cavab vermək mənim haqqımdır,ona görə ki,5-il o insanlar mənə təhsil verib.Günay xanım,deyirsiniz ki, “Türk liseylərindən məzun olan uşaqların hamısı eyni düşüncəyə, eyni xarakterə malikdir.” Sizə iki insan misal göstərirəm . Bəxtiyar Hacıyev və Ceyhun Osmanlı. Bir-biri ilə əks qütblərdə yerləşən iki insan,iki xarakter və iki düşüncə. Və ya Elnur Məcidli ilə hakimiyyətdə yüksək mövqe tutan digər bir Türk liseyi məzunu. Bu qarşılaşdırmalar sizin heç də doğru düşünmədiyinizi göstərir.“Türk liseylərindən məzun olanlar üçün ən birinci məfhum inandırıldıqları Nur təriqətidir.” Nəzərinizə çatdırım ki,İslam dinində NUR təriqəti deyə bir şey yoxdur. Onu savadsızlar təriqət adlandırır. Nurçu dediyiniz insanları digər insanlardan fərqləndirən sadəcə və sadəcə Səid Nursi tərəfindən yazılan Qurani Kərimdəki dərin anlamların açıqlamasını verən kitabları oxuyan insanlardır. Yəni ki,mən sizin yazınızı oxudum deyə “Günayçı” mı oluram,indi? Və ya siz mənim yazımı oxuyursuz deyə “Hüseyinçi” mi olacaqsınız ? Dediyiniz və ya insanların dedikləri belə bir şeydir,əslində...“Bu tipli məktəblərdə uşaqlara din adı ilə təriqət sırınır.”Siz bu fikir ilə bu məktəblərdə dinin təbliğ edildiyini deyirsiniz.Sizə bir olmuş əhvalatı nəql edim.“Bizim uşaqlardan bir qismi gizlicə namaz qılarkən Yataqxanadan məsul olan şəxs onları görmüş və onlardan İzahat yazmalarını tələb etmişdi. Mən dindar bir insan deyiləm,sadəcə o insanların inancına hörmətim olduğundan həmin insanla danışıb bunun üstünü ört-basdır etməsini xaiş etmişdim. Fikrimi Azərbaycanda insanların dini inanc seçimində azad olmaları ilə əsaslandırmışdım. Aldığım cavab isə çox qısa idi.. Təhsil sistemimiz dunyəvi təhsil sistemidir və biz qanunları poza bilmərik”Bu məktəblərin Azərbaycanın təhsil sisteminı verdiyi töhfə danılmazdır. Siz bircə dəfə oturub Fətullah Gülən xoca və Ulu Öndər Heydər Əliyevin məktublaşmalarını oxusanız görərsiniz ki,mərhum prezidentimiz bu insanlara nə qədər güvənib. Heç bir lider ölkəsinin gəncini,gələcəyini təhlükəli əllərə təslim etməzdi. Eyni zamanda heç bir valideyndə bunu etməz. Azərbaycanın çox yüksək vəzifəli məmurları var ki,ya övladları,ya nəvələri yada başqa bir qohumları məhz bu məktəblərdə oxuyublar və ya oxuyurlar. Əgər sizin də dediyiniz kimi bu məktəblər Azərbaycanın gələcəyi üçün “potensial təhlükə” olsaydı,bu məktəblər çoxdan bağlanardı...Bəlkədə inanmayacaqsınız amma sonda Əbülfəz Elçibəyin bu insanlar haqqında dediyi sözləri də “Zaman” qəzetindən götürdüyüm formada təqdim edəcəyəm.Bu liseydə oxuduğum zaman içində heç kim və heç kim bir dəfə də olsun mənə gəl bu kitabı oxu demədi,gəl namaz qıl demədi. .. O məktəbləri bitirən insanlar öz intellektual səviyyələrinə görə digər yaşıdlarından hətta deyərdim ki,özlərindən böyüklərdən belə müsbət mənada fərqlənirlər. O məktəbi bitirənlər savadlı,intellektual olur və çox zaman “radikal dindar”olmurlar. Hicablı qızlarla evlənirlər deyirsiniz ,müəllimlərimdən heç birinin xanımını hicablı görmədim mən. Hərhalda siz məndən çox oxumusunuz oralarda...“Manqurtlaşma” dediyiniz Vətəninə,Millətin sadiq olmaqdırsa,bəli “manqurt”uq..Ən azından bir şeyi dəqiq bilirəm ki,onlar mənim Vətənim üçün yeni nəsil,yeni nəfəs,əsl güc yetişdirirlər. ..“Manqurt” isə özünüz daha yaxşı bilirsiniz harada yetişir. Hərhalda bütün dinlərə hörmət edən,insanları dini inanclarına görə sorqulamayan insanlar “manqurt” deyil..Ulu Öndər Heydər Əliyevin Fətullah Gülən Xoca ilə məktublaşmalarını oxuyun. Bəlkə də fikriniz dəyişməyəcək,məqsədim heç də sizi fikrinizdən daşındırmaq deyil. Bəlkə Heydər Əliyevi sevməyənlər olacaq onlar üçün də bu yazını olduğu kimi əlavə edirəm .“Özal’ın Elçibey ile yüzyüze görüşüp kefil olması Bakü’de sorunu çözememişti. Elçibey, yaptığı yanlışı, 1998 ve 2000’de onunla yaptığım iki röportajda üzüntü ile benle paylaşmış ve şu tarihi sözü söylemişti: “Ben Atatürk’ün askeriyim, Türk milliyetçisiyim. Beni cumhurbaşkanlığı yıllarımda Türk ülkücüsü dostlarım aldattılar. Az Atatürkçü olmayan laik Ecevit bile bu okulları takdir ediyor. Kimse ona “Fethullahçı” demiyor. Bunca ülkede binlerce yabancıya Türkçe öğretilmesine ön ayak olan bir insanın sadece eli öpülmez, ayakları da öpülür. Yaz Faruk, bu sözüm tarihe geçsin: Gülen’in yaptığı, vesile olduğu hizmetleri sevmek “Fethullahçılık”sa bende “Fethullahçı”yım. Türk dünyasına canım feda, samimi hizmet edenler başım üstündedir.” – (22.08.2000)Bizdə belə bir atalar sözü var.. “Bar verən ağacı daşlayarlar”Çağ Öğrətim İşlətmələri, Bakı Özəl Türk Liseyi “Şirvan filialı” -nın məzunu Hüseyin Qurbanov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı