“O cəsarət hər futbolçuda yoxdu”

“O cəsarət hər futbolçuda yoxdu”
İDMAN
17:42 06.11.2017
1452

"Kəpəz”in futbolçusu özü yaxınlaşıb dedi ki, toxunuş yox idi”.

 

Bunu apasport.az saytına açıqlamasında FİFA dərəcəli hakim Rəhim Həsənov deyib.

 

Referi Azərbaycan Premyer Liqasının XI turunda "Kəpəz” – "Qarabağ” matçının 27-ci dəqiqəsində baş verənlərə münasibət bildirib. Gəncə klubunun hücumçusu Viktor Oseqeyl rəqib qapıçısı İbrahim Şehiçlə təkbətək epizodda özünü yerə ataraq penalti qazansa da, baş hakim sonradan qərarını dəyişib.

 

Bosniyalı qolkiperə göstərdiyi sarı vərəqəni ləğv edən Həsənov nigeriyalı hücumçunun alqışalayiq hərəkət etdiyini bildirib: "Oseqeyl ingilis dilində danışırdı. Mənə yaxınlaşanda soruşdum ki, 100 faiz əminsən? Bildirdi ki, bəli, qapıçı mənə toxunmadı. O cəsarət hər futbolçuda yoxdu. Oseqeyl bu addımı atdısa, ona halaldı. Bu səbəbdən də protokolda qeyd olundu ki, "Qarabağ”ın qapıçısının sarı vərəqəsi ləğv olunub”.

 

Beynəlxalq dərəcəli hakim Gəncədəki görüşdən cəmi 3 gün əvvəl - noyabrın 2-də Tovuzda "Turan Tovuz” – "Sabah” (4:0) qarşılaşmasında fit çalıb. O, 4 gün ərzində 2 oyun idarə etməsini normal hesab edir: "Arada 2 gün var idi. Bu, hakimin bərpa olunması üçün kifayət qədər vaxtdı”.

 

Qeyd edək ki, "Kəpəz” – "Qarabağ” görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sərnişinlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq
13:35 25.11.2026
Sərnişinlərə şad xəbər: Gediş haqqı 1 qəpik olacaq
“Azərbaycanla nəqliyyat və enerji layihələrində əməkdaşlıqda maraqlıyıq”
13:32 25.11.2026
“Azərbaycanla nəqliyyat və enerji layihələrində əməkdaşlıqda maraqlıyıq”
Litvalı nazirdən viza açıqlaması: “Hüquqi proseslərə başlamalıyıq”
13:29 25.11.2026
Litvalı nazirdən viza açıqlaması: “Hüquqi proseslərə başlamalıyıq”
Litva XİN rəhbəri: “Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas ölkədir”
13:23 25.11.2026
Litva XİN rəhbəri: “Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas ölkədir”
“TRIPP layihəsinin başlanması region üçün yeni imkanlar yaradır”
13:22 25.11.2026
“TRIPP layihəsinin başlanması region üçün yeni imkanlar yaradır”
Bağça müəllimlərinin işə qəbulu başlayır
13:20 25.11.2026
Bağça müəllimlərinin işə qəbulu başlayır
"Litvadan Azərbaycana turist axınının artması üçün birbaşa uçuşlar vacibdir"
13:16 25.11.2026
"Litvadan Azərbaycana turist axınının artması üçün birbaşa uçuşlar vacibdir"
Ceyhun Bayramovdan Litva ilə iqtisadi əməkdaşlıq AÇIQLAMASI
13:15 25.11.2026
Ceyhun Bayramovdan Litva ilə iqtisadi əməkdaşlıq AÇIQLAMASI
Bakıda iki azyaşlı bacı vəfat etdi
13:15 25.11.2026
Bakıda iki azyaşlı bacı vəfat etdi
Ceyhun Bayramov Litva ilə münasibətlərdən danışdı: “Siyasi dialoq intensiv xarakter daşıyır”
13:10 25.11.2026
Ceyhun Bayramov Litva ilə münasibətlərdən danışdı: “Siyasi dialoq intensiv xarakter daşıyır”
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
13:02 25.11.2026
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
Bakıda 23 məktəbə yeni direktor təyin edilib
12:57 25.11.2026
Bakıda 23 məktəbə yeni direktor təyin edilib
“Məmurların gəlirlərini bilmirik ki, xərcləri ilə müqayisə aparaq”
12:34 25.11.2026
“Məmurların gəlirlərini bilmirik ki, xərcləri ilə müqayisə aparaq”
Bakıda 37 yaşlı qadın dəm qazından ölüb
12:32 25.11.2026
Bakıda 37 yaşlı qadın dəm qazından ölüb
"Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb"
12:30 25.11.2026
"Son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb"
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
12:24 25.11.2026
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR