O qızın qatili bizik! - KÖŞƏ

O qızın qatili bizik! - KÖŞƏ
KÖŞƏ
12:19 17.11.2012
2454
Əfsələddin Ağalarov
Hələ bir neçə gün bundan öncə atası tərəfindən yatarkən öldürülən Sevincin – tələbə yoldaşımın, dostumun, həmkarımın, Azərbaycan xanımının qatilini tapmışam. Bu qatili taparkən nə müstəntiqdən kömək istədim, nə dedektivdən, nə də ki “voroskoy mir”dən... Özüm tapdım. Heç çətinlik də çəkmədim, tapmaq üçün... Kimdənsə nə kömək istədim, nə də xahiş etdim. Kişi kimi özüm tapdım. Bilirsiz, o qatil kimdi? O qatil bizik.
Dəfələrlə özümə söz vermişəm ki, biz sözünü bundan sonra işlətməyəcəm. Amma ilk dəfə özümə verdiyim bu sözü doğru bildiyim məntiqə görə pozuram. Biz qatilik! Hamımız qatilik! Bu yazını yazan da, oxuyan da, facebookda paylaşan da, bir sözlə hamımız... Səbəb çox sadədir. Yenə yıxılanı baltaladıq. Sağlığında atası baltaladı, Sevinci, öləndə də biz...
Kimisi onun haqqında köşə yazır, kimisi Sevinci necə geri qaytaraq deyə düşünür, kimisi onun ailəsindən ilk reportajı hazırlayıb redaksiyasından pul almağı fikirləşir, kimisi də qadınların hüquqları adı altında özünü bu məsələ ilə PR edir, kimisi kişilərə balta yaraşar deyir, kimisi Ramillər yetişir deyir və sonda kimisi uzaqdan bütün bu olanlara baxır və ağlayır. Bax, o sonuncu yeganə günahsız insandı. O, öz göz yaşlarıyla deyil, bunları görüb, dözməsi ilə günahsızdı. Biz isə...
Sevincin dəfninə gedəndə, onun babası evinə də getdim. Bacısı içəridə səsi batmış, bitkin şəkildə ağlayırdı. Hadisəyə ilk o şahid olubmuş. Bunu da orda öyrəndim. Amma sonra düşündüyümü elədim. Özümə güc gələmmədim. Bacarmadım. Bacısı ağlayır, mənsə onun dediklərini ağlımda saxlayırdım. Daha sonra qohumları və digərlərindən məlumat öyrəndim. Elə onların da dediklərini yadımdan saxladım. 
Hadisənin ilk təfərrüatlarını mən verdim, o gün... Ağlayan insanın danışdıqlarını beynimdəki "diktafon"a yazdım. Deyirlər ki, jurnalistikada bəzən “play off”u basmaq lazımdı. Mən yenə “play on”u basdım. Bütün dediklərini yazdım və hamıdan birinci verdim. Xəyanət elədim, yanımdakılara... Onların hamısı ağlayarkən mən onların səsini yazdım, beynimə... Düşündüyüm yegənə şey əslində, Sevincin namus üstündə öldürülmədiyini sübut etmək idi. Bu istəyim alınmadı. Əlində baltayla gözləyənləri, ölüləri namussuz adlandıracaq qədər vicdansız olanları hesablamamışdım o gün...
Biz buyuq, dostlar! Düşüncələrimizlə qatilik. Atanın qızını öldürməsini namusdan başqa bir şeyə yoza bilməyən sürü təfəkkürlü insanlarıq. Həmişə əlibaltalı qatilləri namuslu, onların bədənləri paramparça edilmış zavallı qurbanlarını isə namussuz elan edirik. Çünki ən rahatına qaçırıq. Həqiqətin gözünün içinə baxmaqdan, onunla üzləşməkdən qorxuruq.
Çünki biz ömrümüz boyu doğru-düzgün, dürüstcə yaşamağı bacarmayıb, yalnız onun-bunun paxıllığını çəkmişik. Alammamışıq nə torpağımızı, nə haqqımızı, nədə ki, Allahın bir arayışını... Bacarmamışıq, özümüzlə... Söz də verə bilmirik ki, həqiqətdən qorxsaq belə, heç olmasa, yalana üz tutmayacağıq, susacağıq bu dəfə... Bu dəfə öləni namussuz adlandırmayacağıq, ləkə yaxmayacağıq, təmiz insanlara... Edə bilmirik, bunu... 
Çünki biz özümüzlə bacarmayanlarıq, özümüz-özümüzə məğlub olanlarıq. 
Nəysə.. İstəyirsiz söyün məni, istəyirsiz şəklimə baxıb, min cür ad qoyun. Mən də sizdən biriyəm. Sizdən heç bir fərqim yoxdu...
Ona görə də, özüm də daxil olmaqla, hamımıza qələbə arzulayıram. Özümüzün üzərində qazanacağımız bir qələbə... Özümüz üzərindıki bu qələbə bizim nəhayət ki, saflaşaraq gələcəkdə bütün düşmənlərimizi məğlub etməyimiz üçün hava-su kimi vacibdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:54 18.10.2026
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı