Oksfordda Avropa Siyasi Birliyinin sammiti başlayıb, İlham Əliyev toplantıda iştirak edir

Oksfordda Avropa Siyasi Birliyinin sammiti başlayıb, İlham Əliyev toplantıda iştirak edir
SİYASƏT
14:15 18.07.2024
278
London yaxınlığında, Oksfordda Blenheym sarayında Avropa Siyasi Birliyinin IV sammitinin açılış plenar iclası keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edir.

06:49

London yaxınlığındakı Oksfordşirdə keçiriləcək "Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısında 45 dövlət və hökumət başçısı iştirak edəcək.

2022-ci ildə yaradılan bu hökumətlərarası təşkilata həm Avropa İttifaqı ölkələri, həm də Aİ-nin üzvü olmayan digər dövlətlər daxil edilib.

Sayca dördüncü sammitə ilk dəfə NATO, ATƏT və Avropa Şurasının nümayəndələri dəvət olunub. Əsas mövzular arasında isə qeyri-qanuni miqrasiya ilə mübarizə, təhlükəsizlik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq, Ukrayna münaqişəsi var.

"The Guardian” qəzetinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 18-də Londona səfər etmək və sammitdə çıxış etmək niyyətindədir.

Bir günlük iclasın proqramına açılış və yekun plenar iclas, onların arasında isə müxtəlif mövzularda üç dəyirmi masa daxildir: miqrasiya, enerji, demokratiyanın müdafiəsi və təmini. Sonda heç bir yekun kommünikenin qəbulu nəzərdə tutulmur.

Sammit Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçilin 1874-cü ildə anadan olduğu Blenhaym qəsrində baş tutacaq.

Qəsr 1705-1724-cü illərdə klassikləşdirilmiş barokko üslubunda və ya İngilis memarlığına xas olan "Kraliça Anna üslubunda” Marlboronun ilk hersoqu Con Çörçill və həyat yoldaşı Saranın iqamətgahı kimi tikilib. Dizaynerləri Con Vanbru və Nikolas Haksmur olub. Adını Hersoqun fransızlar üzərində qələbəsi şərəfinə alıb.

Eyni zamanda sammitdə Macarıstanın Baş naziri Viktor Orbanın turundan sonra Aİ liderləri ilə ilk görüşü olacaq. İyulun 2-dən iyulun 11-dək Ukraynadakı sülhməramlı missiyası çərçivəsində o, Kiyev, Moskva, Pekin və Vaşinqtonda səfərdə olub, burada ölkə liderləri ilə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edib.

Xatırladaq ki, "Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı 2022-ci ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
19:05 07.10.2026
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
19:00 07.10.2026
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
18:40 07.10.2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
18:27 07.10.2026
Ukrayna USL proqramı çərçivəsində Aİ-dən daha 1,2 milyard avro alıb
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
18:14 07.10.2026
Kimya üzrə Nobel mükafatı laureatları məlum olub
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
18:06 07.10.2026
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament" təsdiq edilib
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:57 07.10.2026
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
17:49 07.10.2026
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
17:39 07.10.2026
Türkiyədə özünü Azərbaycanın “dostu” adlandıranlar niyə susur?
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
17:22 07.10.2026
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
“Messi futboldan gedir, amma...”
17:07 07.10.2026
“Messi futboldan gedir, amma...”
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
17:05 07.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda çıxış edib - FOTOLAR
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
16:56 07.10.2026
"AnewZ": Almaniya kəşfiyyatı Bakıya Azərbaycanın Hanninq işinə aidiyyəti olmadığını bildirib
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
16:55 07.10.2026
ADY-dən həmin sərnişinin şikayətinə CAVAB
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
16:47 07.10.2026
Türkiyədə gəmi qəzasında itkin düşənlərdən daha birinin meyiti tapıldı
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
16:41 07.10.2026
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman