"Oğlum üçün heç kəsin qapısını döyməmişəm" - Əməkdar artist

"Oğlum üçün heç kəsin qapısını döyməmişəm" - Əməkdar artist
MAQAZİN
14:00 20.05.2026
377
 
Əməkdar artist Çingiz Əhmədov oğlu İbrahim Çingizdən danışarkən duyğusal açıqlamalar verib.

AZXEBER.COM xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan aktyor oğlunun uğurlarını yalnız öz istedadı və zəhməti hesabına qazandığını bildirib.
 
O qeyd edib ki, bu günə qədər övladı üçün heç kimə müraciət etməyib:

"Bu günə kimi oğlum üçün heç kimin qapısını döyməmişəm. Nə qazanıbsa, öz bacarığı və Allahın köməyi ilə qazanıb”, – deyə sənətçi vurğulayıb.

Çingiz Əhmədov əlavə edib ki, İbrahimin uğurlarını izləmək ona böyük qürur hissi yaşadır:

"O özü bilmədən gedib tamaşalarını izləyirəm. Hər dəfə görürəm ki, rolunu əvvəlkindən daha yaxşı oynayır. Bundan böyük zövq alıram”.

Əməkdar artist həmçinin Prezident tərəfindən sənət adamlarına göstərilən diqqət və qayğıdan da danışıb:

"İnanmırdım, heç gözləmirdim. Bu bizim əməyimizə verilən böyük dəyər və stimul oldu”.

Qeyd edək ki, aktyorun oğlu İbrahim Çingiz hazırda dövlət səviyyəsində böyük bir film layihəsində də rol alır.
 
Aysel


OXŞAR XƏBƏRLƏR