Ombudsman Fransanın ikili mövqeyinə görə bəyanat verdi

Ombudsman Fransanın ikili mövqeyinə görə bəyanat verdi
SİYASƏT
16:13 16.11.2022
255
 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair Bəyanat verib.


AZXEBER.COM bəyanatı təqdim edir:
 
15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş "Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qərəzli, həqiqətdən kənar, ikili standartlara yönəlik bir kağız parçası olmaqla bərabər Fransa Respublikasında beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun süqut etdiyinin bariz göstəricisidir.

BMT-yə üzv olan bütün dövlətlərə, o cümlədən, Fransa dövlətinə münasibətdə  məcburi xarakter daşıyan sənədlərdən biri də BMT-nin Nizamnaməsidir.

Beynəlxalq hüququn bir sıra əsas prinsiplərinin təsbit olunduğu BMT Nizamnəməsinin 2-ci maddəsini, 1975-ci il Helsinki Yekun Aktını və bu sənədlərdə təsbit olunmuş prinsipləri, xüsusilə, dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyünə və əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsiplərini bir daha Fransa Senatının üzvlərinə xatırladaraq qəbul edilən qətnamədə yer alan fikirlərin beynəlxalq hüququn sadalan prinsiplərinə zidd olduğunu, Fransanın növbəti dəfə sülh prosesinə mənfi təsir göstərən, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradan qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir.

30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qarşı heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti onun həm də insan hüquq və azadlıqlarına hörmətsizliyinin bariz nümunəsidir. Ermənistanın siyasi-hərbi hakimiyyətinin törətdiyi vandalizm aktları nəticəsində xeyli sayda uşaq və qadın olmaqla, minlərlə mülki şəxs həyatını itirmiş və ya yaralanmış, eyni zamanda regionda ciddi humanitar problemlər ortaya çıxmışdır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələri də icra olunmayaraq kağız üzərində qalmışdır. Azərbaycan Respublikası isə bütün bunlara baxmayaraq Ermənistanla aralarında olan gərginliyi azaltmağa yönələn fəaliyyət həyata keçirmiş, dünya ölkələrindən beynəlxalq hüquq çərçivəsində haqlı mövqe sərgiləmələrini tələb etmişdir.

Azərbaycan Ombudsmanı olaraq dəfələrlə Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətmiş olduğu müharibə cinayətləri, torpaqlarımızın davamlı olaraq minalarla çirkləndirilməsi, dörd mindən çox itkin düşmüş soydaşlarımızın taleyi barədə Ermənistan tərəfindən heç bir məlumatın verilməməsi və digər bu kimi  beynəlxalq hüququn ümumbəşəri prinsiplərinə zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətə ünvanladığım bəyanat və müraciətlərə Fransa hökuməti tərəfindən hər hansı münasibət bildirilməmişdir.

Bununla yanaşı Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, 30 il işğal müddətində və 2020-ci il Vətən müharibəsindən sonra torpaqlarımızın minalarla çirkləndirilməsi ilə bağlı faktlar da qəbul edilən qətnamədə nəzərə alınmamışdır.

Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya unutmamışdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmış, soyqırım siyasəti yürütmüş, 1,5 milyon Əlcəzairlinin ölümünə səbəb olmuşdur. Təəssüflə qeyd etmək istərdim ki, Fransa Senatının üzvləri tarixdən dərs götürmələri əvəzinə bu qətnamə ilə milli dini ədavəti qızışdırmaqla yeni münaqişə ocaqları yaratmaq istəyirlər.

Fransa Senatının bu qətnaməsini bir daha qətiyyətlə pisləyir, bölgədə sülh, sabitlik və tərəqqiyə xələl gətirəcək, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq bir təxribatçı addım kimi qiymətləndirirəm.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət xidmətləri "myGov"da birləşdirilir - Sistemin üstünlükləri nələrdir?
17:57 03.07.2026
Dövlət xidmətləri "myGov"da birləşdirilir - Sistemin üstünlükləri nələrdir?
Azərbaycanda yol hərəkəti qaydaları dünya praktikasından nə ilə fərqlənir? - Rəylər
17:47 03.07.2026
Azərbaycanda yol hərəkəti qaydaları dünya praktikasından nə ilə fərqlənir? - Rəylər
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
17:32 03.07.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Dənizdə batan arzular
17:23 03.07.2026
Dənizdə batan arzular
Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir
17:21 03.07.2026
Bakıda 3 marşrutun hərəkət istiqaməti dəyişdirilir
"Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir"
17:15 03.07.2026
"Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir"
Sumqayıtda dəniz faciəsi: Bir nəfər öldü, biri xilas edildi
17:12 03.07.2026
Sumqayıtda dəniz faciəsi: Bir nəfər öldü, biri xilas edildi
Kapital Bank ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır
16:46 03.07.2026
Kapital Bank ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır
Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR
16:44 03.07.2026
Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR
Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA
16:31 03.07.2026
Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
16:23 03.07.2026
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Abşeronda oğurluq edən 3 nəfər saxlanıldı
15:58 03.07.2026
Abşeronda oğurluq edən 3 nəfər saxlanıldı
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
15:34 03.07.2026
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
15:32 03.07.2026
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
15:19 03.07.2026
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video
14:59 03.07.2026
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video