Oqtay Əsədov ATƏT-in faktaraşdırıcı missiyası ilə bağlı məsələ qaldırdı

Oqtay Əsədov ATƏT-in faktaraşdırıcı missiyası ilə bağlı məsələ qaldırdı
SİYASƏT
12:26 26.09.2020
556

"Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında, eyni zamanda, sessiyanın ümumi debatlarında Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırıb”.

Bunu şəxsi "Facebook” səhifəsində Milli Məclisin deputatı Oqtay Əsədov yazıb.

O bildirib ki, BMT tribunasından istifadə edən İlham Əliyev diqqəti daha çox beynəlxalq qurumların Ermənistanın işğalçı siyasətinə biganə yanaşmasına yönəldib.

Millət vəkili vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə 30 ildir məhəl qoymamaqda davam edir.

"Buna görə də, işğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. İlham Əliyev BMT tribunasından Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti apardığını da iclas iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur”, - deyə Oqtay Əsədov bildirib.

Onun sözlərinə görə, Prezident çıxışı zamanı daha bir zəruri məsələni diqqətə çatdırıb:

"İlham Əliyev Ermənistanın işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv etdiyini deyərək, bildirib ki, Azərbaycanın təbii sərvətləri qeyri-qanuni istismar edilir. Bu isə təbii ki, ATƏT-in faktaraşdırıcı missiyasının təşkil olunması zərurətini otraya qoyur. Məsələyə belə biganə yanaşılması Ermənistanı yeni cinayət əməllərinə həvəsləndirməkdir.

Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirir, bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulub. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Cənab Prezident BMT tribunasından bu məsələlərə də diqqət çəkərək, bildirib ki, torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaradıb”.

Oqtay Əsədovun fikrincə, Azərbaycan Prezidentinin çıxışı beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli tədbirlər görməyə, baş verənlərə seyrçi qalmamağa çağırış idi.

"Ümumiyyətlə, Prezident İlham Əliyev sözügedən çıxışı ilə Azərbaycanın qətiyyətli mövqeyini bir daha beynəlxalq təşkilatların diqqətinə çatdırdı, eyni zamanda, milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində prinsipiallıq nümayiş etdirdi”, - deyə Oqtay Əsədov fikrini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”