Oqtay Kazıminin nəğmələrindən ibarət disk hazırlanır

MƏDƏNİYYƏT
17:37 28.09.2012
2391
Mərhum bəstəkar Oktay Kazıminin dillər əzbəri olan nəğmələrindən ibarət layihə hazırlanır.
AZXEBER.COM-un məlumatına görə, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə bəstəkarın görkəmli sənətkarlar tərəfindən ifa olunmuş kompozisiyaları toplam halında musiqi diskinə salınaraq dinləyicilərə təqdim ediləcək.
Qeyd edək ki, 200-ə yaxın mahnı müəllifi olan bəstəkar Oqtay Kazımi Azərbaycanda ilk rok operanın ("Hophopnamə" 1991) müəllifidir. Çoxsaylı simfonik, kamera-instrumental, vokal-xor simfonik əsərlərin, estrada orkestri üçün pyeslərlərin, vokal simfonik ansamblı üçün pop simfoniya stilində yazılmış əsərlərin və xalq çalğı alətləri orkestri üçün əsərlərin müəllifidir.
Görkəmli bəstəkarın əsərlərinin bir hissəsi hələ də geniş auditoriya kütləsinə təqdim edilməyib.
Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Əməkdar incəsənət xadimi (1992), Azərbaycan Respublikasının Xalq artisti (2006) fəxri adlarına və Prezident təqaüdünə layiq görülüb.
Xatırladaq ki, Oqtay Kazımi 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olub. Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş xalq artisti, 77 yaşlı bəstəkar Oqtay Kazımi 9 avqust 2010-cu il tarixində vəfat edib.

OXŞAR XƏBƏRLƏR