Orhan Gencebaydan miras açıqlaması: “Ailəm üçün canımı verərəm”

Orhan Gencebaydan miras açıqlaması: “Ailəm üçün canımı verərəm”
MAQAZİN
11:19 16.11.2026
65
Türkiyəli ustad sənətçi Orhan Gencebay Kadir İnanırın mirasını həyat yoldaşı Jülide Kural-a vəsiyyət etməsi ətrafında yaranan müzakirələrə münasibət bildirib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sabah” qəzetinə danışan sənətçi hələ vəsiyyətnamə hazırlamadığını, lakin bütün var-dövlətinin ailəsinə məxsus olduğunu deyib.

Gencebay miras mübahisələrinin onu kədərləndirdiyini bildirərək, ailələr arasında belə problemlərin yaşanmamasını arzulayıb.

"Vəsiyyətnaməmi hazırlamamışam, amma bəlkə sonra hazırlayaram. Mənim çox gözəl ailəm var. Hər şeyim onsuz da onlara məxsusdur. Ailəm üçün canımı verərəm”, – deyə sənətçi bildirib.

O, maddi və mənəvi baxımdan ailəsinin ehtiyaclarını qarşılamaq imkanına sahib olduğunu da vurğulayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR