Türkiyənin Şırnak vilayətində ötən gecə PKK tərəfdarları ilə polis arasında toqquşmalar olub. PKK tərəfdarları barrikadalar quraraq, yolu bağlayıblar və fişəng və daşlarla polisə hücum edib.Polis üzü qapalı PKK tərəfdarlarına gözyaşardıcı qaz və su şırnağı ilə müdaxilə edib. Dağılışan PKK tərəfdarları gecə boyu müxtəlif vaxtlarda gizləndikləri küçələrdən çıxaraq polislərə hücumları davam etdiriblər.