xari

Osman Gündüz STM-in sorğusu ilə razılaşmadı: İnsanlar məlumatı sosial şəbəkələrdən alır

SOSİAL
14:15 23.12.2020
957
"44 günlük müharibə dövründə televiziyalar əhalinin əsas informasiya mənbəyi kimi çıxış edib. 90,4 faiz insan informasiyanı TV-lərdən alıb”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc dünən keçirilən brifinqdə deyib.

O, TV-lərin 44 günlük reytinqini açıqlayıb: "Ən çox baxılan TV kanalı 62,6 faizlə Azərbaycan Televiziyasıdır (AzTV). İkinci yerdə ATV dayanır – 60,2 faiz. Xəzər TV 59,8 faizlə üçüncü yerdə qərarlaşıb.

Sosial Tədqiqlar Mərkəzinin bu sorğusu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Çünki Vətən müharibəsi dövründə xəbər saytları, informasiya agentlikləri, internet televiziyalarının reytinqi xeyli artıb. Ortaya qoyulan statistik məlumatlar da bunu deməyə əsas verir.

Bəs görəsən, həqiqətən televiziya kanalları interneti və sosial şəbəkələri bu qədər üstələyir?

AZXEBER.COM bu sualla Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzə müraciət edib.

O, STM-nin sorğusu ilə bağlı sualları olduğunu və son sorğunun nəticələri ilə razılaşmadığını deyib: 
 
"Biz Sosial Tədqiqatlar Mərkəzini ciddi qurum olaraq tanıyırıq. Mən onların əvvəlki hesabatları ilə də tanışam. Kifayət qədər güvənilir qurum olaraq qiymətləndirirəm. 

Ancaq sonuncu keçirdikləri sorğu ilə bağlı məqam məndə bir çox suallar var. Çünki mövcud durum və müşahidələr, yüklənən VPN-lər, sosial media və internet televiziyalarda yüklənən videolara baxış sayı, xəbər resusrslarında olan xəbərlərə baxış sayına əsaslanan statistika onu göstərir ki, insanlar məlumatı sosial şəbəkələrdən alıb. 

Osman Gündüz deyib ki, müharibə dövründə hər kəs VPN yükləyərək, məlumatı sosial şəbəkələrdən və internet mediadan alıb: 

"Baxmayaraq ki, həmin vaxt sisoal media bloklanmışdı, məhdudlaşdırılmışdı ancaq insanlar müxtəlif texnologiya və VPN-dən istifadə edərək məlumat alırdılar. Bütün bunlara əsaslanaraq deyə bilərəm ki, sorğunun elan etdiyi rəqəm mənə etibarlı gəlmədi.
 
Mən VPN-lərlə bağlı apardığım araşdırmaya görə deyə bilərəm ki, VPN-lərlə bağlı olaraq statistikada görünürdü ki, sanki xaricdən sosial şəbəkələrə girənlərin sayı artıb. 

Əslində isə giriş ölkə daxilindən idi, VPN onu xarici ölkə kimi göstərirdi. Yəni bu baxımdan mən hesab edirəm ki, metodologiya və sorğunun auditoriyası ilə bağlı problem olub. 

Osman Gündüz müharibə dövründə hər kəsin ilk məlumatı Prezidentin "Tvitter" səhifəsindən aldığını da qeyd edib:

"Misal üçün deyə bilərəm ki, 44 günlük müharibə zamanı hər kəs Prezidentin "tvitter" səhifəsindən ilk məlumatı alırdı. "Tvitter" də məhz Prezidentin tvitlərinə görə ölkədə xeyli populyarlaşdı.
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR