Pakistanda məktəbin damının çökməsi nəticəsində ölənlər artdı

Pakistanda məktəbin damının çökməsi nəticəsində ölənlər artdı
DÜNYA
16:35 15.10.2026
116
Pakistanın Peşəvər şəhərində özəl məktəbin damının çökməsi nəticəsində 32-si şagird olmaqla 33 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

AZXEBER.COM xarici mətuata istinadən xəbər verir ki, "Dawn” qəzetinin məlumatına görə, hadisə şəhərin Afridi Abad bölgəsində, şagirdlərin dərs zamanı sinif otaqlarında olduğu vaxt baş verib.

Yerli xəstəxananın sözçüsü Məhəmməd Asim bildirib ki, ölənlər arasında bir müəllim də var. Yaralılardan bəziləri müalicə aldıqdan sonra evə buraxılıb. Başından xəsarət alan üç şagirdin müalicəsi isə davam edir.

Rəsmilərin məlumatına görə, dağıntılar altında qalanların xilas edilməsi üzrə işlər başa çatıb və ərazidə başqa yaralıların olmadığı müəyyən edilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR