Paşinyan yaxasındakı xəritə ilə nə demək istədi?

Paşinyan yaxasındakı xəritə ilə nə demək istədi?
SİYASƏT
14:57 31.08.2026
373
Əfsələddin Ağalarov

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirləri çərçivəsində görüşü başlayıb.
Görüş zamanı Azərbaycanla Ermənistan arasında "Sülh müqaviləsi”, TRIPP yolunun istifadəyə verilməsi, tranzit daşımaları və bir sıra digər mühüm məsələlərin müzakirə olunacağı gözlənilir.
Ümumiyyətlə, Bişkek hər iki ölkə üçün xüsusi tarixi əhəmiyyət daşıyır.
1994-cü ildə Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində atəşkəsin əldə olunmasını nəzərdə tutan, siyasi müraciət və sülhə çağırış xarakteri daşıyan, lakin hüquqi qüvvəsi olmayan "Bişkek protokolu” imzalanmışdı.
Bu protokol tarixdə özündə bir çox mübahisələri ehtiva edən sənəd kimi qalıb.
Həmin dövrdə sənədin imzalanmasında əsas vasitəçi ölkə kimi Rusiya çıxış edirdi.
"Bişkek protokolu”na əsasən, tərəflər beynəlxalq vasitəçilik yolu ilə tezliklə "Böyük sülh sazişi” imzalamalı idilər. Lakin bu, baş tutmadı.
Tarix çox böyük müəllimdir.
Bu gün isə tamamilə fərqli bir mənzərə ilə qarşı-qarşıyayıq.
Heç bir beynəlxalq vasitəçi olmadan hər iki ölkə rəhbəri müzakirə aparır.
Və 32 il sonra Bişkekdə keçirilən görüşdə Prezident İlham Əliyev qalib sərkərdə kimi masaya əyləşir.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə hazırda Ermənistanın real ərazilərini əks etdirən döş nişanı ilə görüşə qatılıb.
Seçki platforması çərçivəsində şəhər-şəhər, kənd-kənd gəzərək bu döş nişanını taxan Paşinyan ilk dəfə beynəlxalq tədbirdə, xüsusilə də İlham Əliyevlə görüşdə bu nişanla iştirak edir.
Bu, bir növ "ərazi iddiamız yoxdur, biz sülhə hazırıq” ismarıcı kimi qiymətləndirilə bilər.

Görüşün nəticəsinin necə olacağı isə Azərbaycanın haqlı tələblərinin nə dərəcədə təmin olunmasından asılıdır.
Hər halda, Türk torpaqlarında, Manasın tarixi yurdunda 32 il sonra məğlub Azərbaycanı deyil, qalib gəlmiş, dünya siyasətində öz sözünü deyən Azərbaycanı qarşılayır.
Bu, böyük tarixin səhifələrinə həkk olunacaq mühüm hadisədir.
OXŞAR XƏBƏRLƏR