Paşinyanın arvadı növbəti dəfə erməni qadınlar üçün hərbi təlimlər keçirəcək

DÜNYA
14:14 19.09.2020
699

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşəbbüsün müəllifi Anna Akopyan növbəti dəfə qadınlar üçün 45 günlük hərbi təlimlər keçirmək istəyir.

AZXEBER.COM erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə A.Akopyann rəsmi saytında bildirilir.

Qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyinin köməyi ilə keçirləcək təlimlərdə kazarma şəraitində hərbi hazırlıq proqramı yerinə yetiriləcək. Təlimlərdə iştirak etmək üçün 18-27 yaşlı qadınlar A.Akopyanın saytına müraciət edə biləcəklər.

Təlim detallarının gizli saxlanılması üçün təlim müddətində görüşlər və ezamiyyətlər, eləcə də foto və videoçəkilişlər qadağan olunacaq. Təlimlərdən sonra iştirakçılar imtahan verərək xidmətlərini davam etdirəcəklər.

Təlimlərdə Anna Akopyan özü də iştirak edəcək.

Qeyd edək ki, bir müddət öncə Ermənistan Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmişdi. Akopyan "Qadınlar sülh naminə” təşəbbüsünün ənənəvi fəalları ilə birlikdə erməni xüsusi təyinatlılarının kamuflyajını geyinərək Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçmişdi.

Ermənistan hökumətinin qadınları da silahlandırması bir daha düşmən ordusundakı problemləri açıq-aşkar ortaya qoyur. Ermənistanda"Müdafiə haqqında” qanuna əlavələr hətta səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırılmağa imkan verir.

Ermənistan hökuməti Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçular hesabına ordudakı çatışmazlıqları həll etməyə çalışmaqla yanaşı, digər bütün mümkün imkanlardan da istifadə edir. 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:59 22.10.2020

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb

23:48 22.10.2020

"Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür"

23:26 22.10.2020

"Makkabi" - "Qarabağ" matçında hesab açıldı

23:19 22.10.2020

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

22:58 22.10.2020

"Makkabi" və "Qarabağ"ın start heyətləri açıqlandı

22:48 22.10.2020

Türkiyənin Baş Ombudsmanı: "Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir"

22:39 22.10.2020

Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu

22:18 22.10.2020

Əsgər Daniel Zarmayilov: “Vətən uğrunda son damla qanıma qədər döyüşəcəm”

22:05 22.10.2020

Şair İsmayıl Dadaşov vəfat edib

21:48 22.10.2020

“Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil”

21:22 22.10.2020

Putin: “İlham Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”

21:16 22.10.2020

Prokurorluqdan Zəngilanda üzərinə bayrağımız sancılan bina ilə bağlı məlumat

21:15 22.10.2020

"Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"

20:56 22.10.2020

Mehriban Əliyeva: "Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır"

20:50 22.10.2020

“Ermənistan və Azərbaycan bizim üçün bərabər tərəfdaşdır” - Putin

20:38 22.10.2020

Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb - FOTO