“Payız mövsümü virusun yayılması baxımından təhlükəlidir” - Cəlal İsayev

SAĞLAMLIQ
16:06 01.09.2020
605
Payız-qış mövsümündə resperator infeksiyalar, o cümlədən qrip viruslarının yayılma ehtimalı yüksəkdir. Havanın soyuması virusun yayılmasına şərait yaradır. Məlumdur ki, COVID infeksiyası yoluxan insanların təxminən 80 faizində yüngül və ya əlamətsiz keçir. Belə xəstələr qrip və ya digər resperator virus infeksiyalarına yoluxmuş olarlarsa, bu zaman COVID-in yayılma ehtimalı qat-qat artır.

AZXEBER.COM xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, koronavirus xəstəliyini yüngül və ya əlamətsiz keçirən insanlardan virus damcıları danışarkən 1 metrə qədər məsafədə yayılırdı.

"Onlar eyni zamanda qripə yoluxarlarsa, bu zaman asqırıb, öskürərkən COVID virusunu ətrafa daha çox yaymış olurlar. Bu nöqteyi-nəzərdən payız mövsümü COVID infeksiyasının yayılması baxımından təhlükəlidir. Digər tərəfdən iki xəstəliyin bir yerdə getməsi, xəstəliklərin bir-birini ağırlaşdırma ehtimalı yüksəkdir. O cümlədən COVID-in ağır gedişlərinin olması ehtimalı yüksəkdir".

C.İsayev bildirib ki, bununla əlaqədar ölkəmizdə 4 valentli qrip əleyhinə vaksin gətiriləcək. "Vaksinasiya tədbirlərinə hazırlıq işləri görülür. Hesab edirəm ki, bu, müəyyən mənada qripin ştamplarının yayılmasının qarşısını almış olacaq. İnsanlar qrip əleyhinə peyvəndi özəl klinikalarda vurdura bilərlər. Peyvəndin vurulması oktyabr, noyabr ayına planlaşdırılır. Qrip viruslarının ştampları çoxdur. ÜST-ün tövsiyələrinə əsasən, yayılma ehtimalı yüksək olan 4 ştamp vurulacaq".

Bundan əlavə, baş infeksionist qeyd edib ki, karantin rejiminin yumşaldılmasına baxmayaraq, insanlarda arxayınçılıq yaranmamlıdır. "Verilən tövsiyələrə əməl olunması vacibdir. Məsafənin gözlənilməsi, maska taxılması, sosial təcrid və gigiyena qaydalarına əməl edilməsi vacibdir".

OXŞAR XƏBƏRLƏR

X Mostbet